Icma.az
close
up
RU
Zelenskinin Trampa müraciəti düşünülmüş taktikadır Tural İsmayılov

Zelenskinin Trampa müraciəti düşünülmüş taktikadır Tural İsmayılov

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan müharibəni dayandırmaq üçün daha fəal addımlar gözlədiyini bildirib. “Fox News”a açıqlamasında o, Trampın Şərqdəki təsir imkanlarından istifadə edərək Rusiya lideri Vladimir Putinə təzyiq göstərəcəyinə ümid etdiyini deyib.

Trampın Rusiyaya təsir göstərmə imkanları nə qədər realdır və Zelenskinin ona yönəlik çağırışı nə qədər məqsədəuyğundur?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Volodimir Zelenskinin Donald Trampa ünvanladığı bu çağırış həm siyasi, həm də psixoloji aspektdən diqqətəlayiqdir.

"Zelenski Trampın beynəlxalq arenadakı fərqli üslubunu və şəxsi əlaqələr üzərindən siyasət yürütmə qabiliyyətini nəzərə alaraq ondan əlavə təzyiq mexanizmləri gözləyir. Əslində, Trampın Rusiya ilə münasibətlərində əvvəllər formalaşmış müəyyən diplomatik kanallar var idi və Zelenski məhz bu əlaqələrdən istifadə olunmasını arzulayır.  ABŞ administrasiyasının qərarvermə mexanizmləri prezidentin şəxsi istəklərindən çox sistemli proseslərə əsaslanır. Bu baxımdan, Zelenskinin gözləntiləri siyasi baxımdan anlaşılan olsa da, praktik nəticə baxımından məhdud görünür. Digər tərəfdən, Trampın Rusiya ilə bağlı ritorikası da həmişə birmənalı qarşılanmayıb. O, sülh və dialoq tərəfdarı olduğunu desə də, Kremlə təzyiq üçün sərt addımlar atmağa meyilli siyasətçi kimi tanınmır. Buna görə də, Zelenskinin “Tramp vasitəsilə Putin üzərində təzyiq” strategiyası daha çox siyasi jest xarakteri daşıyır. Zelenskinin bu bəyanatı həm də Qərbə mesajdır. Yəni, “bizə dəstək üçün bütün imkanlardan istifadə etməyə hazırıq”. Bu, həm ictimai rəyin formalaşdırılması, həm də diplomatik təzyiqin artırılması cəhdidir. Tramp isə bu situasiyadan öz siyasi mövqeyini gücləndirmək üçün yararlana bilər".

Politoloq qeyd etdi ki, Trampın Moskva üzərində real təsir imkanları məhduddur, çünki Putin yalnız güc balansını və hərbi dinamikanı əsas götürür:

"Trampın fərqli liderlik tərzi müəyyən qədər danışıqlara impuls verə bilər, amma müharibənin gedişatını dəyişmək gücündə deyil. Ümumilikdə, Zelenskinin çağırışı diplomatik baxımdan maraqlı addımdır, lakin nəticə baxımından simvolik xarakter daşıyır. Bu, daha çox informasiya savaşı kontekstində düşünülmüş taktiki bəyanatdır", - deyə Tural İsmayılov sonlandırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri