Icma.az
close
up
RU
Turan Tovuz mövsümü ilk dördlükdə başa vuracaq, amma bir şərtlə... Arif Əsədov bozqurdun uğursuzluqları haqda

Turan Tovuz mövsümü ilk dördlükdə başa vuracaq, amma bir şərtlə... Arif Əsədov bozqurdun uğursuzluqları haqda

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Turan Tovuz"un Misli premyer-liqasındakı işləri yolunda getmir.

"Bozqurd" əvvəlki dörd turda üç "sülh"lə kifayətlənibsə, son matçda "Araz-Naxçıvan"a uduzub. Düzdü, əvvəlki turlarda qazanılan xallar komandanın "avrokuboklar zonası"ndakı yerini möhkəmləndirib. Lakin hadisələr arzuolunmaz istiqamət üzrə cərəyan edir.
Bəs, səbəb nədi? Bəlkə futbolçuların səhvlərinin sayı artıb? Yoxsa baş məşqçi Kurban Berdıyev haqda yayılan istefa xəbərləri düşərgədəki ab-havaya mənfi təsir edib? Ya da rəqibləri artıq bölgə təmsilçisinə daha ciddi yanaşır.
Bu məqamlarla bağlı təcrübəli mütəxəssis Arif Əsədovun fikirlərini öyrəndik. Onun "Football-plus.az"a cavabı:

"Bəzən komandalarda eniş yaşanır. Əslində bu normal haldı. Səbəblərdən biri rəqiblərin "Turan Tovuz"u daha yaxşı təhlil etməsi, bu komandaya qarşı oyunlara daha məsuliyyətli yanaşmasıdı. Belədə "bozqurd" həm fiziki, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıdı. Təbii ki, bu məqamlarda yaranan boşluqlar nəticəyə təsir edir. Kurban Berdıyevin istefasıyla bağlı xəbərlərə isə inanmıram. Baş məşqçinin işi göz qabağındadı. Komanda ümumi planda xeyli inkişaf edib. Mənə elə gəlir ki, mütəxəssisin istefası haqda hansısa müzakirə aparılmır. Sadəcə, bəzi mətbuat orqanları xal itkisi olanda belə mövzuları gündəmə gətirir, dezinformasiya yayır. Belə məsələləri ciddiyə almaq lazım deyil. Futbolçuların səhvlərinə gəlincə, yanlış addımlar qaçılmazdı. Futbol belə hadisələr əsasında qurulub. Bəzən gərginlik oyunçunu səhv etməyə məcbur edir. Təbii haldı. Məncə "Turan Tovuz" mövsümü ilk "dördlük"də başa vuracaq. Komanda avrokuboklar üçün ən iddialı namizədlərdən biridi. Amma bir şərtlə: kollektiv gücləndirilməlidi. Oyunlar geridə qaldıqca zədəlilər və cəzalılar olur. Ehtiyat qüvvə lazımdı. Klub qış fasiləsində 2-3 oyunçu transfer etməklə ümumi performansını qorumalıdı".


Qeyd edək ki, "Turan Tovuz" 27 xalla 3-cü sıradadı. Komanda debakrın 3-də ölkə kubokunun 1/8 final mərhələsində "Sabah"ı qəbul edəcək. Premyer-liqadakı növbəti rəqib isə "Şamaxı"dı. Matç dekabrın 9-da, saat 19.00-da Tovuz şəhər stadionunda keçiriləcək.
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Dekabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri