Turan Tovuz Premyer Liqada növbəti qələbəsini qazanıb
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Turan Tovuz" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
AZXEBER.COM xəbər verir ki, bölgə təmsilçisi IV turda "Qəbələ" ilə üz-üzə gəlib. Qarşılaşma Tovuz klubunun qələbəsi ilə yekunlaşıb.
55-ci dəqiqədə Aleks Souza fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Turan Tovuz" ikinci pillədə qərarlaşıb. Qəbələ təmsilçisi 1 xalla on birinci sıradadır.
Günün ilk matçında "İmişli" "Sumqayıt"ı minimal hesabla (1:0) üstələsə də, Peşəkar Futbol Liqasının əsasnaməsini pozduğu üçün texniki məğlubiyyət alacaq.
Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1. Tura sentyabrın 14-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 13 Sentyabr 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















