Turan Tovuz rahatlıqla nəticə qazana biləcək Şükürov iddiasını necə əsaslandırdı?
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Turan Tovuz" xoş günlər yaşamır. Avrokuboklar uğrunda mübarizə aparan qərb təmsilçisi premyer-liqada meydana çıxdığı son 4 matçda qələbəyə həsrət qalıb, ölkə kubokunda mübarizəni dayandırıb.
Bəs, baş verənlər komandanın hədəflərinə çatmasına mane ola bilərmi? "Bozqurd" məqsədinin təhlükə altına düşməsinin qarşısını necə ala bilər?
Bu suallarla təcrübəli mütəxəssis Adil Şükürova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"İlk növbədə onu deyim ki, Denis Marandiçi üçün çox üzüldüm. Ağır zədədi, Allah şəfa versin. Keyfiyyəti ilə seçilən futbolçudu. Hətta deyərdim ki, bəzən matçın nəticəsinə təsir edə biləcək səviyyədə çıxış edir. Belə keyfiyyətli oyunçuya Azərbaycanda bir çox komandaların ehtiyacı var. Nəticələrə gəlincə, bəli, ürəkaçan deyil. Amma Kurban Berdıyev təcrübəli mütəxəssisdi və əminəm ki, durumu düzəltmək üçün müəyyən planı mövcuddu. Komanda son iki mövsümdə heyətini qoruyub-saxlayıb. "Turan Tovuz" qış "transfer pəncərəsi" dönəmində bir neçə yeni futbolçu alacağı təqdirdə rahatlıqla yaxşı nəticələr qazana biləcək. Amma unutmayaq ki, qışda yaxşı futbolçu cəlb etmək elə də asan olmur. İndi tovuzlular mütləq ilk "üçlük" uğrunda mübarizə aparmalıdı. Düzdü, ilk baxışdan kubok avrokuboklara aparan ən qısa yol kimi görünür. Bu matçların da özünəməxsus özəlliyi var. Komandalar kubok görüşlərinə tam fərqli hazırlaşır. Bunları nəzərə alsaq, "Turan Tovuz"un işi kubokda mübarizəni davam etdirən komandalara nisbətən asandı. Özü də həmin kollektivlər tovuzluların birbaşa rəqibləridi. Qısası, çempionat oyunlarında başqaları sıx qrafikdə çıxış edəcəksə, "Turan Tovuz" rahatlıqla nəticə qazana biləcək".
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 08 Dekabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















