Turan Tovuz un ən bahalı satışı Azərbaycan klublarına 1 milyon manatdan çox pul qazandıran Ayxan Abbasov
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbolçu seçimi məşqçilik işinin ən vacib tərəflərindən biridir. Elə mütəxəssislər var ki, "iti gözü" var, elələri də var ki özləri uğurlu seçim edə bilmir, bu işi skautların vasitəsilə həyata keçirir.
Ayxan Abbasov məşqçilik bacarığı ilə yanaşı, həm də seleksiya işinin incəliklərini əla bilən mütəxəssislərimizdəndir. İşlədiyi bütün klublarda kiçik maaşa yaxşı futbolçular tapıb gətirməklə də ad çıxarıb.
Məsələn, onun gətirdiyi Aleks Souzanı "Turan Tovuz" 350 min avroya satıb. Bu, klub tarixinin ən bahalı satışı olub. Ayxan Abbasovun daha bir tapıntısı olan Otto Conun satışı da ötən mövsüm "Turan Tovuz"a təxminən 200 min dollar qazandırmışdı.
Ayxan Abbasovun hal-hazırda çalışdırdığı klub da satışdan pul qazana bilib. "Şamaxı" ötən mövsüm Beladji Pusini 200 min manata sata bilmişdi. Ayxan Abbasov "Turan Tovuz"a transfer etdiyi Pusini "Şamaxı"ya gətirmişdi.
Elə yalnız bu oyunçuları götürsək, Ayxan Abbasovun Azərbaycan klublarına futbolçu satışından 1 milyon manatdan çox qazandırdığını deyə bilərik.
saytlarin hazirlanmasi
Baxış sayı:96
Bu xəbər 07 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















