Icma.az
close
up
RU
Turan Tovuzun kapitanı: Bütün fikrimizi çempionata yönəldəcəyik MÜSAHİBƏ İdman və Biz

Turan Tovuzun kapitanı: Bütün fikrimizi çempionata yönəldəcəyik MÜSAHİBƏ İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, təcrübəli futbolçu kubokla vidalaşdıqdan sonra bütün diqqəti çempionata yönəltdiklərini deyib.

- "Turan Tovuz" ölkə kubokunun 1/8 final mərhələsinin "Sabah"la görüşündən uğursuz nəticə ilə ayrıldı. Mərhələ keçə bilməməyinizə səbəb nə oldu?

- Doğrudur, bizim üçün uğursuz oyun oldu. Mərhələni keçə də bilərdik. Son dəqiqələrdəki diqqətsizliyimiz bizi mərhələdən etdi. Penaltilər də lotereyadır. Bir komanda udmalıdır da. Həmin gün şans bizim tərəfimizdə deyildi. Həmin oyunu unutmuşuq və "Şamaxı" ilə görüşə hazırlaşmışıq.

- Maraqlıdır ki, son dəqiqələrdə ikinci qolu vurdunuz, amma bu cür üstünlüyü qoruya bilmədiniz. Halbuki komanda daha çox müdafiə xəttinin etibarlılığı ilə seçilirdi. Yorğunçuluq, yoxsa konsentrasiya itdi deyə, ikinci qolu buraxdınız?

- Son dəqiqələrdə qol buraxmaq məyusedicir. Analiz etmişik, baxmışıq. Bəlkə də həmin vaxtı bir saniyə diqqətli olsaydıq, qapımızda qol görməyəcəkdik. Amma artıq həmin görüş geridə qalıb. Həmin oyunda qalmaq istəmirik. Qarşıda bizim vacib oyunlarımız var.

- Penalti seriyasından öncə nə düşünürdün?

- Məşqdən sonra da penaltilər üzərində çalışmışdıq. Penalti lotereyadır. Özü də, penaltini vuranlarımız elə ən yaxşı yerinə yetirənlər idi. Sadəcə olmadı. Şanssızlıq yaşadıq. Halbuki penalti seriyasında da ümidimiz var idi.

- Bəs, oyunun gedişində Denis Marandiçinin ağır zədələnməsi sizə necə təsir etmişdi? Qoldan sonra onun formasını da göstərdin.

- Əlbəttə ki, hər şeydən öncə insan sağlamlığıdır. Denisin zədələnməsi çox məyusedicidir. Ağır zədə alıb. Allah qoysa, tez bir zamanda yenidən meydançaya qayıdar. Komandasınının qələbə qazanması, qapımızda qol olmaması üçün özünü zərbənin önünə atdı və ayağı sındı. Bu da onun peşəkar olduğunu və işinə ciddi yanaşdığını göstərir. Denisin yanında olmuşuq. Əməliyyat olunub, bərpası üçün zaman lazımdır. Əminəm ki, tez bir zamanda sağalar və bərpa prosesi sürətli gedər. Denis bizim üçün önəmli fiqurlardandır. Hər kəs Denisin yanındadır. Qələbə qazandıq və ya uduzduq, nə olursa-olsun, onun yanındayıq. Dualarımız onunladır.

- "Turan Tovuz" üçün avrokuboklara artıq yeganə yol liqadan keçir. İki cəbhədə olmamağınızı mənfi haldır, yoxsa müsbət?

- İstəyərdik ki, ölkə kubokunda mərhələ keçək və iki cəbhədə mübarizə aparaq. Alınmadı. İndi bütün fikrimizi çempionata yönəldəcəyik. Maksimum xallar qazanmağa çalışacağıq ki, sonda da avrokuboklara yollanaq.

- Krunoslav Renduliçin "Sabah"ına qarşı oynamaq çətin idi, yoxsa Vasili Berezutskinin?

- "Sabah"ın yeni baş məşqçisi gəlib.Yeni baş məşqçidən tələb etmək olmaz ki, bu dəqiqə komandanı 100 faiz dəyişməlisən. "Sabah"ın oyun üslubu var. Bundan qabaqkı baş məşqçinin vaxtında da hücumda daha yaxşı idilər. Ola bilər ki, indiki baş məşqçi ilə müdafiədə daha diqqətli olmağa çalışır. Əvvəlki "Sabah"la oyunda görürdün ki, öndə pressinq edirlər. Vasili Berezutskinin gəlişindən sonra görürsən ki, bəzi məqamlarda gözləyirlər. Hər məşqçinin öz oyun üslubu var. Həm Renduliçin vaxtında, həm də Berezutskinin rəhbərliyi altında "Sabah" yaxşı oyun göstərir.

- Sabah Premyer Liqanın 15-ci turu çərçivəsində "Şamaxı" ilə qarşılaşacaqsız. Onları məğlub edə bilərsiz?

- Evdə oynayırıq. Hazırlaşmışıq, analiz etmişik rəqibi. "Şamaxı" da son oyunlarda qələbə qazanmayıb. Onlar sona qədər mübarizə aparan klubdur. Uduzsalar belə, təslim olmurlar. Döyüşkən kollektivdir. Öz azarkeşlərimizin qarşısında oynayacağıq. Onların dəstəyi ilə maksimumu etməyə çalışacağıq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Dekabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri