Turan Tovuzun mövsümün ilk yarısındakı çıxışını yüksək qiymətləndirirəm
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Turan Tovuz"un veteran futbolçusu Kamal Ələkbərov Sportal.az saytına açıqlama verib.
O, Tovuz klubunun Misli Premyer Liqasındakı performansını dəyərləndirib. Ələkbərovun fikrincə, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektivin mövsümün ilk yarısındakı çıxışı müsbətdir:
"Bəli, "Turan Tovuz" hazırda turnir cədvəlində üçüncü pillədədir. Təbii ki, komandanın mövsümün ilk yarısındakı çıxışını yüksək qiymətləndirirəm. Komanda qış toplanışı üçün də Türkiyəyə yollanmışdı. Əlbəttə ki, bu məqam komandaya müsbət təsir göstərəcək".
Qərb təmsilçisinin sabiq futbolçusu fasilədən sonra komandadan gözləntilərini də bizimlə bölüşüb: "Qarşıda komandanı mövsümün ikinci yarısı gözləyir. Təbii ki, ikinci hissə ilk dövrədən daha çətin olacaq. Komandaya yeni transferlər də cəlb olunub. Mövsümün ilk yarısındakı əzmkarlıq üzərinə daha keyfiyyətli futbolçuların komandaya gəlməsi iddianı da artıracaq. Komandamıza uğurlar arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 Yanvar 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















