Icma.az
close
up
RU
“Turizmin inkişafı regionların iqtisadi və sosial simasını yenidən formalaşdırır” TURİZM EKSPERTİ ŞƏRH ETDİ

“Turizmin inkişafı regionların iqtisadi və sosial simasını yenidən formalaşdırır” TURİZM EKSPERTİ ŞƏRH ETDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Turizmin inkişafı ölkənin regionlarının iqtisadi və sosial mənzərəsini köklü şəkildə dəyişməkdədir. Bu dəyişikliklər həm yerli icmaların rifahına, həm də milli iqtisadiyyatın dayanıqlılığına mühüm təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, turizm regionlarda alternativ gəlir mənbələri formalaşdırır. Əkinçilik və heyvandarlıq kimi ənənəvi sahələrlə yanaşı, mehmanxana, restoran, turizm xidməti, nəqliyyat və əyləncə mərkəzlərinin yaranması yerli əhalinin məşğulluq imkanlarını artırır: "Bir çox gənclər paytaxtdan kənara üz tutaraq doğma bölgələrində işləmək şansı qazanırlar. Turizm infrastrukturun inkişafını sürətləndirir. Yolların təmiri, yeni hava limanlarının istifadəyə verilməsi, dəmir yol xətlərinin bərpası, həmçinin internet və rabitə xidmətlərinin gücləndirilməsi yalnız turistlər üçün deyil, yerli sakinlər üçün də həyat keyfiyyətini artırır. Məsələn, Şəki, Qəbələ, Lənkəran, Zəngilan və Şuşa kimi bölgələrdə bu proseslər aydın görünür. Turizmin inkişafı kiçik və orta sahibkarlığın genişlənməsinə təkan verir. Yerli icmalar evlərini "guest house" kimi təqdim edir, kənd təsərrüfatı məhsullarından istifadə etməklə milli mətbəx nümunələri turistlərə təqdim olunur. Bu, region məhsullarına əlavə dəyər qazandırır və kənd təsərrüfatı ilə turizm arasında sinerji yaradır. Turizm mədəni irsin qorunmasına və tanıdılmasına səbəb olur. Azərbaycanın qədim qalaları, məscidləri, karvansaraları, UNESCO siyahısına düşən Şəki Xan Sarayı kimi tarixi məkanları həm yerli, həm də xarici turistlərin maraq dairəsinə düşür. Bu, dövlət və özəl sektorun mədəni abidələrin bərpasına daha çox vəsait ayırmasına şərait yaradır.

Regionlarda turizmin inkişafı sosial inteqrasiyanı və beynəlxalq tanıtımı gücləndirir. Xarici turistlərin gəlişi yerli icmalar üçün mədəni ünsiyyət mühitini genişləndirir, Azərbaycanın dünyaya açıq, tolerant və qonaqpərvər ölkə kimi imicini möhkəmləndirir. Turizm postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərin dirçəlişində mühüm rol oynayır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Füzuli beynəlxalq hava limanı, Zəngilan "Ağıllı kənd" layihəsi, Şuşada beynəlxalq tədbirlərin keçirilməsi bu istiqamətdə açıq nümunələrdir. Bütün bu faktorlar göstərir ki, turizmin inkişafı Azərbaycanın regionlarını yalnız iqtisadi cəhətdən deyil, həm də sosial və mədəni baxımdan yenidən formalaşdırır, ölkənin ümumi inkişaf strategiyasının aparıcı sütunlarından birinə çevrilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri