Icma.az
close
up
RU
Dövlət Proqramı turizmin inkişafında mühüm strateji əhəmiyyət daşıyır

Dövlət Proqramı turizmin inkişafında mühüm strateji əhəmiyyət daşıyır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Belə ki, Azərbaycan hökuməti 2030-cu ilə qədər turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə təxminən 40 faiz real artım hədəfləyir.

Sərəncamla Nazirlər Kabineti (NK) altı ay müddətində Azərbaycan Dövlət Turizm Agentliyinin təklifləri əsasında "Turizm haqqında" qanunun təkmilləşdirilməsi, üç ay müddətində isə turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsini təmin etməlidir.

Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın turizm sektorunun regional və qlobal rəqabət qabiliyyəti gücləndiriləcək, ölkə dayanıqlılıq prinsipləri əsasında müxtəlif turizm növləri üzrə yüksəkkeyfiyyətli turizm təcrübəsi təqdim edən rəqabətqabiliyyətli destinasiyaya çevriləcəkdir. Həmçinin Dövlət Proqramına əsasən turizm potensialından səmərəli istifadə genişlənəcək, yerli və xarici investisiyaların cəlb edilməsi təşviq olunacaq, regionların balanslı sosial-iqtisadi inkişafı dəstəklənəcək, yeni iş yerləri yaradılacaq, regionlarda məşğulluq və əhalinin pul gəlirləri artacaq, eyni zamanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsuldakı payının artırılmasına töhfə veriləcək. 

Sənədə əsasən, Azərbaycanda 3 yeni turizm və rekreasiya zonasının, həmçinin 8 yeni dağ-piyada marşrutunun hazırlanması, “Turizm kəndi” konsepsiyası üzrə normativ hüquqi bazanın və dayanıqlı turizmlə bağlı yeni tənzimləmə mexanizmlərinin, turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması məqsədilə 2026–2030-cu illərdə Turizm Səfiri Proqramının yaradılması, turizm sahəsində kadr potensialının gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi, Azərbaycanın turizm imkanlarının 5 beynəlxalq televiziya kanalı və 2 məşhur onlayn platformada reklam olunması nəzərdə tutulur. Proqramın sonuna qədər isə ən azı 4 yeni aviareysin istifadəyə verilməsi və hazırda mövcud olan uçuşların tezliyinin 20 faiz artırılması hədəflənir. Turizmin inkişafı proqramında viza rejiminin liberallaşdırılması da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Azərbaycan prioritet hesab olunan turizm ölkələrinin vətəndaşları üçün birtərəfli və ya qarşılıqlı vizasız rejimin tətbiqi məqsədilə zəruri prosedurlar həyata keçirəcək. Nəticədə 34 ölkənin vətəndaşları üçün vizasız giriş imkanının yaradılması planlaşdırılır.

Həmçinin turizm nümayiş obyektləri barədə audiobələdçilər hazırlanacaq, “Azerbaijan.travel” rəqəmsal turizm platforması təkmilləşdirilərək inkişaf etdiriləcək. Turizm sahəsində innovasiya ekosisteminin formalaşdırılması məqsədilə innovasiya müsabiqələrinin təşkili və seçilmiş pilot layihələrin dəstəklənməsi də nəzərdə tutulur. Nəticədə turistlərə təqdim edilən elektron xidmətlərin sayının və özəl sektorun göstərdiyi rəqəmsal xidmətlərin əhatə dairəsinin artırılması hədəflənir. Dövlət Proqramında turizm statistikasının təkmilləşdirilməsi də nəzərdə tutulub. Turizmin ölkə iqtisadiyyatına təsirinin beynəlxalq səviyyədə müqayisəsi üçün “Turizmin Köməkçi Hesabı” üzrə statistikanın təkmilləşdirilməsi, dayanıqlı turizm göstəricilərinin hazırlanması və regionlar üzrə statistik məlumatların əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Dövlət Proqramının əhəmiyyəti barədə açıqlamasında turizm məsələləri üzrə ekspert Rəhman Quliyev XQ-yə bildirdi ki, 2026–2030-cu illər üzrə turizmin inkişafı ilə bağlı Dövlət Proqramını Azərbaycan turizminin daha sistemli və uzunmüddətli inkişafına hesablanmış mühüm strateji sənəd kimi qiymətləndirirəm. Proqramın əsas üstünlüklərindən biri turizmin yalnız xarici turistlərin sayının artırılması deyil, eyni zamanda regionların inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və turizm məhsullarının şaxələndirilməsi baxımından nəzərdən keçirilməsidir. Hesab edirəm ki, sənəd turizm sektorunda mövcud olan infrastruktur çatışmazlığı, regionlarda xidmət səviyyəsinin aşağı olması, ixtisaslı kadr problemi və turizm məhsullarının yetərincə tanıdılmaması kimi məsələlərin həllinə real imkan yaradır. Xüsusilə regionlarda yeni turizm marşrutlarının formalaşdırılması və investisiya imkanlarının genişləndirilməsi Bakı ilə digər bölgələr arasında turizm axınının balanslaşdırılmasına kömək edə bilər. Lakin proqramın uğuru yalnız qarşıya qoyulan hədəflərdən deyil, onların icrasına nəzarətin, konkret icra mexanizmlərinin və dövlət-özəl sektor əməkdaşlığının nə dərəcədə səmərəli qurulmasından asılı olacaq. Əsas məqsəd Azərbaycanın turizm potensialını yalnız statistik göstəricilərlə deyil, turistin ölkədə qalma müddətinin və xərclərinin artması ilə ölçmək olmalıdır.

Ekspert bildirdi ki, yeni Dövlət Proqramının icrası nəticəsində Azərbaycan turizmində ən mühüm dəyişikliklərdən biri regionların turizm imkanlarının daha fəal şəkildə dövriyyəyə cəlb edilməsi ola bilər. Bunun üçün regionlarda yol, nəqliyyat, hotellər, ictimai iaşə və digər turizm infrastrukturlarının inkişafı ilə yanaşı, hər bir bölgənin özünəməxsus turizm məhsulu formalaşdırılmalıdır. Turistlərin ölkə daxilində hərəkətliliyinin artırılması üçün hava və dəmir yolu əlaqələrinin genişləndirilməsi, regional nəqliyyat imkanlarının yaxşılaşdırılması və vahid turizm marşrutlarının yaradılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda turist üçün qiymətlərin şəffaflığı, elektron xidmətlərin genişləndirilməsi və müxtəlif büdcələrə uyğun yerləşmə imkanlarının artırılması xidmətlərin əlçatanlığını yüksəldəcək. 

Ekspert daha sonra hesab edir ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan, Qəbələ-Şəki, Quba-Xaçmaz və cənub bölgəsi kimi istiqamətlərdə turizm klasterlərinin yaradılması böyük nəticələr verə bilər. Nəticədə Azərbaycanı sadəcə Bakı və bir neçə əsas turizm məkanı ilə deyil, ölkənin müxtəlif regionlarını birləşdirən çoxşaxəli və rəqabətqabiliyyətli turizm destinasiyası kimi təqdim etmək mümkündür.

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri