Türk Ağsaqqallar Birliyinin sədri məhkəməyə verildi
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin II çağırış deputatı, Türk Ağsaqqallar Birliyinin sədri Sudeyf İmamverdiyev məhkəməyə verilib.
Newscenter.az Modern.az-a istinadən xəbər verir ki, sabiq deputat barədə Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məhkəməyə müraciət edilib.
İş Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatına verilib.
Qeyd edək ki, Sudeyf İmamverdiyev Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimidir. O, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiridir.
Milli Məclisin II çağırışının deputatı məşhur "91"-lər sırasında Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olub.
Baxış sayı:83
Bu xəbər 28 Noyabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















