Icma.az
close
up
RU
Türk dövlətləri arasında vəsiqə ilə səyahət MÜMKÜNDÜRMÜ?

Türk dövlətləri arasında vəsiqə ilə səyahət MÜMKÜNDÜRMÜ?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bugünlərdə Azərbaycan vətəndaşlarının Özbəkistana şəxsiyyət vəsiqəsi ilə səfər edə bilməsi ilə bağlı müzakirələr aparılıb.

Danışıqlar çərçivəsində hər iki ölkənin Xarici İşlər Nazirliyinin konsulluq və hüquq idarələrinin əməkdaşlarının iştirakı ilə biometrik şəxsiyyət vəsiqələrinin Özbəkistan və Azərbaycan sərhədlərini keçmək üçün sənəd kimi tanınması imkanları müzakirə edilib.

Bəs TDT-yə üzv ölkələrin vətəndaşlarının tək şəxsiyyət vəsiqəsi ilə digərinin ərazisinə gediş-gəlişi məsələsi qaldırıla bilərmi? Belə bir addımın atılması nə qədər real görsənir və bunun hansı faydaları ola bilər?

Məsələ ilə bağlı Modern.az-a danışan TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü, deputat Fazil Mustafa bildirib ki, TDT-yə üzv ölkələrin vətəndaşlarının digər təşkilata üzv ölkələrə tək vəsiqə ilə gediş-gəlişi baş tuta bilər:

“Əlbəttə, bu ola bilər. Bu məsələ ümumiyyətlə gələcəkdə asanlaşan istiqamətdə getməlidir. Biometrik şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediriksə, bu praktika digər türk dövlətlərinə də aid edilməlidir. Burada problem yoxdur”. 

F.Mustafa söyləyib ki, birinci mərhələ hələ müzakirə mərhələsidir:

“Bundan sonra qərar verilə bilər. Bu istiqamətdə də yəqin ki, irəliyə doğru qərarların qəbul olunması mümkündür”.

Milli Məclisin deputatı, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Məlahət İbrahimqızı qeyd edib ki, türk dövlətləri arasında da səfərlərin biometrik şəxsiyyət vəsiqələri ilə həyata keçirilməsi arzuolunandır:

“TDT-yə üzv bir sıra ölkələrin vətəndaşlarının türk dövlətlərinə səfərləri biometrik şəxsiyyət vəsiqələri ilə həyata keçirilə bilər. Bu, həqiqətən də, sevindirici hal oldu. Bizim ailəmiz Türk dünyasıdırsa, biz öz ailəsinə müxtəlif bürokratik, yaxud müəyyən prosedurların həyata keçirilməsində maraqlı olmamalıyıq. Biz bir ailəyiksə, Azərbaycanda Bakıdan Ağstafaya, yaxud Zaqataladan Qusara gedəndə heç bir mane olmadığı kimi, hesab edirəm ki, ailəmiz olan türk dövlətləri arasında da səfərlərin biometrik şəxsiyyət vəsiqələri ilə həyata keçirilməsi təqdirəlayiq, arzuolunandır və gerçəkləşməsi mümkündür”.

Deputat əlavə edib ki, belə bir təcrübə var:

“Məsələn Avropa Birliyinə daxil olan ölkələrin vətəndaşları heç bir pasport tələb olunmadan səyahət edə bilirlər. Eyni zamanda qardaş Türkiyə artıq bir çox ölkələrə çoxdan pasportla səyahəti ləğv edib. Azərbaycan üçün qardaş ölkə çoxdan xarici pasport tələbini aradan qaldırıb. Vəsiqə ilə Azərbaycan vətəndaşları Türkiyəyə gedə bilir və orada 1 ay qala bilirlər. Eyni zamanda Azərbaycana da Türkiyədən tək şəxsiyyət vəsiqəsilə səfər etmək mümkündür. Özbəkistanla Azərbaycan arasında tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş məsələsinin müzakirəsini Azərbaycan xalqı qeyri-adi qarşılamadı. Birincisi dediyim kimi, belə təcrübə var. Digər yandan, Özbəkistan bizə qardaş ölkədir. TDT-yə üzv ölkələr yalnız təşkilat içərisində çoxtərəfli strateji tərəfaşlığa malik deyil, həmçinin bu ölkələr arasında ikitərəfli formatda da strateji müttəfiqlik səviyyəsində olan əlaqələr mövcuddur. Ortaq əlifbanın tətbiq olunacağı, ortaq marka olan "Made in Turan" adı altında məhsulların dünya bazarına çıxarılması təsdiq olunubsa, deməli, bu da çətin olmayan şeydir. Əminik ki, bu qayda yalnız Azərbaycanla Özbəkistan arasında deyil. Eyni zamanda gələcəkdə Qazaxıstan, Qırğızıstan və digər türk dövlətləri arasında da tətbiq olunacaq. Bu çox aktual məsələdir. Hesab edirəm ki, tezliklə belə qərarlar veriləcək və biz bundan yararlana biləcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:350
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Fevral 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri