Icma.az
close
up
RU
Türk dövlətləri ən yüksək səviyyədə özünü göstərir

Türk dövlətləri ən yüksək səviyyədə özünü göstərir

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

“Artıq məlum olduğu kimi, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Xarici Əlaqələr komissiyalarının toplantılarının keçirilməsinə dair təşəbbüsün ideya müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz bu təklifə əsasən, biz ötən il ilk iclasımızı Bakıda, Milli Məclisdə keçirdik və bütün məsələləri müzakirə etdikdən sonra ikinci iclasın Türkiyədə təşkilinə dair qərar aldıq. Bu gün burada TÜRKPA-nın Xarici Əlaqələr komissiyaları bütün spektr məsələləri müzakirə etdilər və ən əsası, beynəlxalq münasibətlərin böhran içində olduğu, beynəlxalq təşkilatların faktiki olaraq öz əhəmiyyətini, təsir gücünü itirdiyi bu mürəkkəb dövrdə Türk dövlətlərinin Xarici Əlaqələr Komitəsi, TÜRKPA, Türk dövlətlərinin təşkilatlanması və nəhayət zirvədə dayanan Türk Dövlətləri Təşkilatının işi ən yüksək səviyyədə özünü göstərir”.

Modern.az xəbər verir ki, bu fikirləri İstanbulda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Xarici Əlaqələr komissiyalarının toplantısı ilə bağlı Azərbaycan mətbuatına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Onun sözlərinə görə, TÜRKPA-nın daha yüksək səviyyədə, səmərəli və əlaqəli fəaliyyətinin təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

“Bütün iştirakçılar Azərbaycanın nailiyyətlərini, torpaqlarını azad etməsi və sonra o ərazilərdə gördüyü işləri, ölkəmizin artıq dünyada xüsusi rola və çəkiyə sahib olması ilə bağlı fikirlərini ifadə etdilər. Həm Türkiyə tərəfi, həm də digər türkdilli ölkələrdən olan qardaşlarımız ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi ilə bağlı öz mövqelərini nümayiş etdirdilər. Tədbirdə bir çox maraq doğuran məsələ müzakirə olundu. Dünya nizamının tamamilə dəyişdiyini qeyd edən Səməd Seyidov deyib ki, artıq beynəlxalq hüquq təəssüflər olsun ki, işləmir.

“Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində bizim birgə fəaliyyətimiz və inkişafımız, xüsusilə parlament olaraq TÜRKPA-nın tərkibində fəaliyyətin genişləndirilməsi dünya üçün xeyirlidir. Ən əsası isə Türk dövlətləri üçün xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Hesab edirəm ki, burada aparılan müzakirələr bizim düz yolda olduğumuzu göstərir. Bu fəaliyyətlər faktiki olaraq türkdilli ölkələrlə yanaşı, həm də dünyaya beynəlxalq münasibətlərin yeni prinsiplər əsasında təşkil olunmasını təqdim edir. Bu tövsiyələrin vacib olduğunu hesab edirəm. Çünki biz bunun davamı olaraq Azərbaycanda ən yüksək səviyyədə Türk dövlətlərinin Zirvə toplantısının şahidi olacağıq, Macarıstanda qeyri-rəsmi Sammit keçiriləcək, Mərkəzi Asiyada toplantılar təşkil olunacaq. İndiyədək xüsusilə Avropa ölkələrindən görülmüş ikili standartlar, “ağa qara demək”, ümumbəşəri dəyərlərdən sui-istifadə edərək xalqlara təsir göstərmək kimi məsələlər sonda böyük böhranlara yol açır. Biz bu gün bu böhranları Avropada, Qərb dünyasının daxilində müşahidə edirik. Bu, bizə düz yolda olduğumuzu və siyasətimizi bu istiqamətdə davam etdirməyimizlə bağlı ciddi bir mesaj verir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri