Icma.az
close
up
RU
“Türk Dövlətləri Təşkilatının əsas vəzifəsi ümumi təhlükəsizliyin təmin edilməsidir” Deputat

“Türk Dövlətləri Təşkilatının əsas vəzifəsi ümumi təhlükəsizliyin təmin edilməsidir” Deputat

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 14-də Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət rəhbərləri, həmçinin fəxri qonaq qismində Macarıstandan olan nümayəndə iştirak edib.

Tədbir çərçivəsində Əli Nağıyev beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təmin edilməsində, həmçinin onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və digər mənfi təzahürlərdən qorunmasında xüsusi xidmət orqanlarının rolunu xüsusi olaraq vurğulayıb.

Əli Nağıyev bildirib ki, önəmli nəqliyyat şəbəkələri üzərində yerləşən Türk dövlətlərinin təhlükəsizliyinin təmin olunması üçün həmin ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı şəkildə möhkəmləndirilməsi, qüvvələrin hər zaman səfərbər saxlanılması və məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir.

Xankəndində keçirilən tədbirin və iştirakçıların Türk Dövlətləri Təşkilatına üzv ölkələri təmsil etməsinin özü əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xüsusi xidmət orqanlarının ən mühüm vəzifələrindən biri ümumi təhlükəsizlik xidmətinin təmin edilməsi olacaq.

Deputatın sözlərinə görə, bu yol bütün ölkələrin maraqları kontekstində aktuallıq daşıyır və onların gətirəcəyi iqtisadi fəaliyyətlərlə birbaşa bağlıdır:

“Nəticə etibarilə Türk Dövlətləri Təşkilatının coğrafiyasının bütövləşməsi məsələsi gündəmdədir. Bu, həm iqtisadi inteqrasiya, həm geosiyasi, həm də geoiqtisadi kontekstdə böyük əhəmiyyətə malikdir”

Deputat xatırladıb ki, Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Məşvərət Şurasının iclasında çıxışı zamanı məhz bu məqamı vurğulayaraq bildirmişdi ki, sözügedən coğrafiya beynəlxalq münasibətlər sistemində öz rolunu getdikcə daha da artırır və beynəlxalq münasibətlərdə daha güclü aktor kimi çıxış etmək potensialına malikdir.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri