Icma.az
close
up
RU
“Türk dünyası birləşsə, dünyanın ən güclü ordularından biri olar“

“Türk dünyası birləşsə, dünyanın ən güclü ordularından biri olar“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti baş tutacaq. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə təşkilat üzv və müşahidəçi ölkələrin liderləri dəvət olunub.  Sammit “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Macarıstan Baş naziri Viktor Orban və Şimali Kipr Prezidenti Ersin Tatar tədbirdə iştirak edəcək.

Sammitlə bağlı Moderator.az-a danışan  Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgünlə müsahibəni təqdim edir:

– Selçuk bəy, Türk Dövlətləri Təşkilatının Qəbələdə bir araya gəlməsi Azərbaycanın türk dünyasındakı nüfuzunun göstəricisi kimi dəyərləndirilə bilərmi?

– Əgər 1970-ci ildə Anadolunun hər hansı bir şəhərində birinə desəydiniz ki, “Türkiyədən kənarda yaşayan bəzi türklər müstəqil olacaq, "Türk Birliyi" adlı bir təşkilat yaradılacaq və dövlət rəsmiləri ortaq bayraq altında şəkil çəkdirəcəklər”, sizi xəyalpərəst adlandırardılar. Eyni illərdə kimsə “Azərbaycan SSRİ-dən ayrılacaq, Türk dünyasında Türkiyədən sonra ikinci müstəqil dövlət olacaq və digər türkdilli dövlətlər də ardınca gələcək” desəydi, ona da qəribə baxardılar.

1995-ci ilə gəldikdə isə artıq 7 müstəqil türk dövləti var idi. O zaman da kiməsə “Türk Birliyi yaradılacaq və dövlət rəhbərləri ortaq bayraq altında bir araya gələcək” desəydiniz, yenə xəyalpərəstlikdə günahlandırardılar.

Amma Türk Dövlətləri Əməkdaşlıq Şurası yaradıldı və sonradan "Türk Dövlətləri Təşkilatı" adını aldı. “Dildə, fikirdə, işdə birlik” anlayışı sürətləndi və artıq bu, xəyal deyildi. Fiziki və hüquqi təməl isə 2009-cu il oktyabrın 3-də Naxçıvanda qoyuldu.

Bugünkü, 6–7 oktyabr tarixlərində Qəbələdə keçirilən “Regional Sülh və Təhlükəsizlik” mövzusunda sammit məhz həmin addımın məntiqi davamıdır. Türk Dövlətləri Təşkilatının Qəbələdə toplanması Azərbaycanın türk dünyasındakı nüfuzunun, söz sahibliyinin və liderlik rolunun göstəricisidir.

– Türk dünyasının iqtisadi inteqrasiyası və ortaq bazarın yaradılması istiqamətində hansı praktiki addımlar atıla bilər?

– Bu birlik bir daha göstərir ki, Türk dünyası birləşsə, ortaya çıxan nəticə böyük olacaq.

Bugünkü Türk dövlətləri — Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan — yalnız milli baxımdan deyil, həm də iqtisadi və hərbi baxımdan güclüdür:

Ümumi ərazi: 4,8 milyon kvadrat kilometr.

Birgə iqtisadi güc: dünyada 7-ci yer.

Əhali: 140 milyon, dünyada 9-cu sırada.

Hərbi potensial birləşsə, dünyanın ən güclü ordularından biri yaranar.

Qısacası, Türk dünyasının problemləri iqtisadi, siyasi və hərbi birlik sayəsində həll edilə bilər. Qarabağ müharibəsi bunun ən bariz sübutudur: Azərbaycan 30 il ədalət üçün çağırış etdi, amma sonda ədalət bir savaşla bərpa olundu.

Ortaq bazarın formalaşması üçün İsmayıl bəy Qaspıralının “dildə, fikirdə, işdə birlik” prinsipi bu gün də aktualdır:

Dildə birlik: əlifba birliyi.

İşdə birlik: Avropa Birliyi modeli əsasında qurulmuş idarəetmə sistemi

Fikirdə birlik: ortaq tarix şüuru üzərində qurulmuş təhsil modeli.

Hətta ortaq media və informasiya məkanı ilə Türk dünyasında vahid diaspora anlayışı yaradılmalıdır. Ölkələr millətin qəlbində yaşayar və zaman həmin qəlbin hərəkətə gəlməsi üçün bir dərmandır.

Bugünkü Türk dövlətləri bəzi çətinliklərə baxmayaraq, müqəddəs hədəfə doğru irəliləyirlər — bu hədəf artıq bir millətin yox, bütün Türk millətinin ortaq amalını əks etdirir.

– Zəngəzur dəhlizinin açılması türk dövlətlərini strateji baxımdan necə birləşdirə bilər?

– Zəngəzur dəhlizi Türk dünyasının birləşməsi və qədim İpək Yolunun yenidən türklərin nəzarətinə keçməsi baxımından ən mühüm addımlardan biridir.

Bu layihə təkcə Türk dünyası üçün deyil, həm də Avropadan Asiyaya uzanan qlobal yol layihəsidir. Məsələn, yaxın zamanda təməli qoyulan Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu xətti, Zəngəzur dəhlizinin vacib hissəsini təşkil edəcək.

Bu xətt Türkiyə və Azərbaycanın logistika imkanlarını artıracaq, həmçinin Pekindən Londona qədər uzanan Şərq–Qərb nəqliyyat xəttini daha səmərəli edəcək.

Türk dünyasının qardaşlığına töhfə vermək imkanını yaratdığınız üçün dərin minnətdarlığımı bildirirəm.

– Biz də sizə səmimi cavablarınıza və ayırdığınız vaxta görə təşəkkür edirik.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see176

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see172

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri