Türk Dünyası Naşirlər Birliyi qurulmalıdır
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankarada keçirilən “Türk Dünyası Yayıncılıq Konqresi”ndə üç gün davam edən müzakirələrdən sonra mənim üçün bir məqam tam aydın oldu: biz artıq ideyaları deyil, sistemləri müzakirə etməliyik. Çünki Türk dünyasında nəşriyyat sahəsi uzun illərdir niyyətlər, təşəbbüslər və fərdi uğurlar üzərində dayanır. Amma bu yanaşmanın artıq yetərli olmadığı açıq şəkildə görünür.
Əslində bu istiqamətdə ilk addımlar daha əvvəl atılmışdı. 2022-ci ilin oktyabrında mənim və Türkiyəli naşir dostum Mustafa Karagüllüoğlunun təşəbbüsü ilə Turan Naşirlər Birliyi qurulmuş, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan naşirlərinin iştirakı ilə təsis konfransı keçirilmişdi. Hətta birliyə sədr olaraq Rafiq İsmayılov seçilmişdi. Düzdür, bu təşəbbüs sonradan tam institusionallaşa bilmədi, lakin müəyyən fəaliyyətlər həyata keçirildi və bu ideyanın real ehtiyacdan doğduğu artıq o zaman da hiss olunurdu.
Bu gün isə proses yeni və daha ciddi mərhələyə qədəm qoyur. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 27–29 mart tarixlərində Ankarada keçirilən I Türk Dünyası Yayıncılıq Konqresi bu istiqamətdə ciddi dönüş nöqtəsi oldu. Üç gün davam edən konqresdə idarəetmə, ortaq dil və əlifba, tərcümə, müəllif hüquqları və ədəbi əlaqələr üzrə komissiyalarda geniş müzakirələr aparıldı. Türk dövlətlərinin həm rəsmi nümayəndələri, həm də qeyri-hökumət təşkilatları bu prosesdə aktiv iştirak etdi. Qəbul olunan qərarların yazılı şəkildə sistemləşdirilməsi isə bu təşəbbüsün artıq ideya səviyyəsindən çıxaraq strukturlaşma mərhələsinə keçdiyini göstərir.
Bu gün nəşriyyatçılıq sadəcə kitab çap etmək deyil. Bu, ortaq yaddaşın qorunması, dilin yaşadılması, mədəniyyətin gələcəyə ötürülməsi və eyni zamanda ciddi iqtisadi sektorun formalaşdırılması deməkdir. Lakin reallıq budur ki, Türk dünyasında bu sahə hələ də parçalanmış vəziyyətdədir. Əlaqələr epizodik xarakter daşıyır, əməkdaşlıqlar isə çox vaxt şəxsi təşəbbüslərdən asılıdır. Türkiyə istisna olmaqla, bir çox türk dövlətlərində nəşriyyat sektoru hələ də istənilən səviyyəyə çatmayıb, bəzi ölkələrdə isə hətta beynəlxalq kitab sərgiləri belə müntəzəm keçirilmir.
Müzakirələr zamanı ortaya çıxan əsas problemlərdən biri koordinasiyasızlıq idi. Aydın oldu ki, Türk dünyasında nəşriyyatları sadəcə təmsil edən deyil, onları koordinasiya edən və istiqamətləndirən bir struktur qurulmalıdır. Bu struktur formal birlik deyil, işləyən mexanizm olmalıdır, real layihələr həyata keçirməli, məlumatları toplamalı və təhlil etməli, ölkələr arasında davamlı əlaqəni təmin etməlidir.
Digər kritik məsələ müəllif hüquqlarıdır. Açıq demək lazımdır ki, bu sahədə sistemlilik zəifdir. Türkiyə müəyyən təcrübə toplasa da, digər ölkələr ciddi geridədir. Halbuki dünya nəşriyyat bazarında əsas gəlir mənbələrindən biri müəllif hüquqlarının beynəlxalq dövriyyəsidir. Bu gün isə çox nadir hallarda bir Azərbaycan müəllifinin əsəri xarici nəşriyyata satılır və bundan sistemli gəlir əldə olunur.
Konqresdə bu problemlərin həlli üçün bir sıra konkret təkliflər irəli sürüldü:
• Türk dövlətləri naşirlərinin B2B formatlı görüşlərinin təşkili,
• müəllif hüquqlarının qorunması üçün beynəlxalq konvensiyalara uyğun sistemin qurulması,
• hər ölkədə TEDA modelinə bənzər tərcümə dəstək fondlarının yaradılması,
• naşirlər arasında kitab mübadiləsini stimullaşdıran ortaq ədəbiyyat fondunun təsis edilməsi.
Bu addımlar atılmasa, biz kitab istehsal edən, amma dəyər yaratmayan bir sektor olaraq qalacağıq. Bu gün türk xalqları bir-birinin ədəbiyyatını əsasən klassiklər vasitəsilə tanıyır. Məsələn, Qırğız ədəbiyyatı deyəndə ilk yada düşən ad Çingiz Aytmatovdur. Bu isə müasir ədəbi dövriyyənin zəifliyinin açıq göstəricisidir.
Digər tərəfdən, nəşriyyat sahəsi yalnız yazıçılardan ibarət deyil. Bu sahənin arxasında redaktorlar, tərcüməçilər, illüstratorlar, dizaynerlər kimi görünməyən peşə sahibləri dayanır. Müasir dövrdə isə buna kitab marketoloqları, rəqəmsal nəşriyyat mütəxəssisləri və satış menecerləri də əlavə olunur. Bu baxımdan ortaq mütəxəssis şəbəkəsinin qurulması, rəqəmsal platformalar vasitəsilə resurs mübadiləsi və birgə təlim proqramlarının təşkili olduqca vacibdir.
Praktiki problemlərdən biri də logistika və gömrük baryerləridir. Bu gün bir kitabı bir ölkədən digərinə göndərmək bəzən onun dəyərindən daha baha başa gəlir. Bu isə vahid kitab bazarının formalaşmasına ciddi maneə yaradır. Ona görə də:
• kitab məhsulları üçün xüsusi logistika və tarif güzəştləri tətbiq olunmalı,
• gömrük prosedurları sadələşdirilməli,
• ortaq e-ticarət platforması qurulmalıdır.
Bununla yanaşı, nəşriyyatçılığın qarşısında yeni çağırış, süni intellekt dayanır. Bu texnologiya imkanlar açsa da, dilin səthiləşməsi riskini də artırır. Ona görə də əsas prinsip aydın olmalıdır: dil qorunmalı, ortaq məzmun bazası formalaşdırılmalı və texnologiya bu bazaya əsaslanaraq inkişaf etməlidir. Yəni texnologiya dili yox, dil texnologiyanı yönləndirməlidir.
Bütün bu reallıqlar bir həqiqəti göstərir: Türk dünyası nəşriyyatçılığı artıq romantik çağırışlar mərhələsini keçməlidir. “Birlik yaradaq”, “əməkdaşlıq edək” kimi ifadələr kifayət deyil. Bu ideyaların arxasında konkret institutlar, mexanizmlər və davamlı sistemlər dayanmalıdır.
Məhz bu səbəbdən Türk Dünyası Naşirlər Birliyinin yaradılması arzu yox, zərurətdir. Bu birlik ortaq mədəni məkanın formalaşmasının institusional dayağına çevrilməlidir. Dövlət və özəl sektor bu təşəbbüsü strateji prioritet kimi dəstəkləməlidir.
Çünki ortaq dil və əlifba ideyasının real inkişaf sahəsi məhz kitabdır. Dilin standartlaşması, terminologiyanın formalaşması və düşüncə birliyinin yaranması yazılı mədəniyyət üzərindən baş verir. Kitab yalnız informasiya vasitəsi deyil - o, ortaq yaddaşın qurucusudur.
Bu gün biz eyni mədəniyyətin daşıyıcıları olsaq da, bir-birimizi yetərincə oxumuruq. Bu isə sadəcə mədəni boşluq deyil, strateji boşluqdur. Türk Dünyası Naşirlər Birliyi bu boşluğu doldura bilər:
• ortaq tərcümə proqramları ilə ədəbiyyatların qarşılıqlı dövriyyəsini təmin edər,
• vahid kitab bazarı formalaşdırar,
• müəllif, nəşriyyat və oxucu arasında sərhədləri aradan qaldırar,
• ortaq terminoloji və dil standartlarının inkişafına töhfə verər,
• gənc yazarların və düşüncə adamlarının Türk dünyası miqyasında tanınmasına imkan yaradar.
• Türk dünyası ədəbiyyatk mukafatları yazarlara stimul olar,
Tarix də göstərir ki, mədəni inteqrasiya olmadan nə iqtisadi, nə də siyasi birliklər davamlı ola bilər. Əvvəl mədəniyyətlər qovuşur, sonra sistemlər qurulur.
Əgər biz sabah ortaq iqtisadi məkan və güclü əməkdaşlıq istəyiriksə, bu gün kitab üzərindən ortaq düşüncə məkanı qurmalıyıq.
Ankara görüşü bir daha göstərdi ki, bu ehtiyac artıq yetişib. Bu, sadəcə ideya deyil, zamanın tələbidir. Və əminəm ki, bu birlik qurulduğu gün, İsmayıl Qaspıralının, Ziya Göyalpın, Hüseyn Cavidin, Əlibəy Hüseynzadənin ruhu bir daha şad olacaq.
ANAİB idarə heyəti Sədri dos. Şəmil Sadiq
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
UNEC İqtisadiyyat üzrə dünyada 250-ci yerə yüksəldi!
"Təhsildə keyfiyyətin artırılması davam edir" - EKSPERT DANIŞDI
"UNEC-də Novruz daha gözəl olur" adlı təntənəli bayram tədbiri keçirilib
DİM-in aparat işçiləri də imtahan verməlidirmi? Şəffaflıq və etimad - MƏQALƏ
"Şagirdlər ucqar bölgələrdə də keyfiyyətli təhsil alacaqlar" - EKSPERT DANIŞDI
Buraxılış imtahanlarının nəticələri qəbul ballarına necə təsir edə bilər? - EKSPERT AÇIQLADI
Dövlət orqanlarında 158 vakant yer üzrə daxili müsahibə elan edilir
Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək
SƏSTV-də bugün
Your browser does not support the video tag.
Xəbər lenti
Moskva Asiyadan Ukraynaya silah tədarükü ilə bağlı nalə çəkdi..? Dünya 18:24
Qərbdə çoxları Əfqanıstanı tiryək xaşxaş yetişdirənlər ölkəsi kimi “tanıyır”, amma... Dünya 18:16
Türk Dünyası Naşirlər Birliyi qurulmalıdır Təhsil 18:16
Niyə ən güclü Amerika bombaları İranın “raket şəhərlərinə” nüfuz edə bilmir? Dünya 18:04
“Mart ayında öldürülən rusların sayı rekord həddə çata bilər...” Dünya 17:54
Berlində 45-ci dəfə yarımarafon təşkil olunub İdman 17:41
Sənətin yaddaşında əbədiləşən sima - Rasim Balayev Mədəniyyət 17:36
Abşeronda aramsız yağan yağışın yaratdığı fəsadlar aradan qaldırılır Sosial 17:04
Eldar Əzizov bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığını qeyd edib Sosial 16:42
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunacaq Mədəniyyət 16:40
Son 100 ilin rekord yağıntılarının fəsadları: Problemdən çıxış yolu nədir? - ARAŞDIRMA İqtisadiyyat 15:42
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib Siyasət 15:08
Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib Sosial 14:31
Avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar Hadisə 14:30
Binəqədidə yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülüb - YENİLƏNİB Hadisə 14:07
Xalq artisti Rasim Balayev vəfat edib Mədəniyyət 14:04
Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti dəfə təyinat alıb İdman 13:56
Azərbaycan parataekvondoçuları Türkiyədə dörd medal qazanıblar İdman 13:54
Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq Sosial 12:35
Binəqədidə yerləşən anbarda yanğın başlayıb Hadisə 12:34
Ölkə ərazisində intensiv yağışlar davam edib - FAKTİKİ HAVA Sosial 12:11
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib Sosial 11:59
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov Siyasət 11:51
Ankarada Azərbaycan mədəniyyətinə dair əsərlər sərgilənib - FOTOLAR Mədəniyyət 11:40
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir Hadisə 11:23
Ötən gün Azərbaycanda 21 kiloqramdan çox narkotik aşkarlanıb Hadisə 11:06
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb Hadisə 10:44
FHN: 36-sı azyaşlı olmaqla, ümumilikdə 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib Hadisə 10:42
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb Hadisə 10:41
Azərbaycan Basketbol Liqasının XX turunda bu gün bir oyun keçiriləcək İdman 10:15
Masazırda avtomobildə başlayan yanğın digər maşına keçib Hadisə 10:14
Güləşçilərimiz Estoniyada 5 medal qazanıblar İdman 05:06
"Qalatasaray"da Mauro İkardi dövrü bitir... İdman 03:04
Türkiyədə qadın müdir öldürüldü Dünya 02:16
Qazaxda yol qəzası olub - sürücü hadisə yerində ölüb Hadisə 02:03
Daha bir SEPAH generalı öldürülüb? - İDDİA Dünya 01:16
"Gecə həyatı yaşamıram" - narkotikaya görə saxlanılan Hande Erçel DANIŞDI Şou-Biznes 01:03
Kəlbəcərdə dəhşətli qəza: 3 nəfər öldü - TƏCİLİ Hadisə 00:14
Ararat Mirzoyan Abbas Arakçı ilə nəyi müzakirə edib? Siyasət 00:03
Bərzaninin evinə PUA hücumunu kim təşkil edib? Dünya 28 Mart 23:27
"Müharibədə 200-dən çox uşaq öldürülüb" - İrandan AÇIQLAMA Dünya 28 Mart 23:15
Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən edib Siyasət 28 Mart 23:04
ABŞ hərəkətə keçdi - dəniz piyadaları Yaxın Şərqdə Dünya 28 Mart 22:26
Abbas Əraqçidən Azərbaycana təşəkkür mesajı Siyasət 28 Mart 22:15
"Canımızı qurtarmaq üçün qaçdıq" - Trampdan ŞOK ETİRAF Dünya 28 Mart 22:04
Infiniti yeni QX65 krossover kupesini təqdim etdi… Texnologiya 28 Mart 21:56
Çox səy göstərmədən ürəyinizi necə gücləndirə bilərsiniz? Səhiyyə 28 Mart 21:32
Nə üçün təbiəti mühafizəçilər zəhərli heyvanları yeməyi təşviq edirlər? Maraqlı 28 Mart 21:25
Tokioda tərk edilmiş Porsche pərəstişkarları üçün sığınacağa çevrilib... Texnologiya 28 Mart 21:14
Devid Şvimmer teatr üçün “Qara geyimli kişilər” filmindən imtina etdi... Mədəniyyət 28 Mart 21:04
Toyota məşhur əlverişli idman avtomobilini canlandırır... Texnologiya 28 Mart 20:53
Alimlər təsadüfən qurğuşunu qızıla çevirdilər... Maraqlı 28 Mart 20:43
Gecə boğulma: Yuxu pozulmaları təhlükəli bir xəstəliyin əlaməti ola bilər... Səhiyyə 28 Mart 20:37
Bred Pitt tanınmaz dərəcədə dəyişib... Mədəniyyət 28 Mart 20:21
İsrail Baş Qərargah rəisi ordunun çökməsi ilə bağlı xəbərdarlıq edir..? Dünya 28 Mart 20:05
Az yeyin, çox yaşayın: Həkim aktiv uzunömürlülük üçün düsturu açıqladı... Səhiyyə 28 Mart 19:53
Son dörd ildə biz ya qalib gələ bilməmişik, ya da... Dünya 28 Mart 19:48
STRILA-2 pilotsuz təyyarəsi “Şahid”lərə saniyələr ərzində çata bilir... Dünya 28 Mart 19:31
Yanacaqsız Rusiya..? Dünya 28 Mart 19:23
Tesla Sakit okeandan Atlantik okeanına avtopilotla səyahət etdi... Texnologiya 28 Mart 19:14
“Deyirlər ki, Putin fevral ayında istefa verməyi planlaşdırırmış”..? Dünya 28 Mart 19:03
Yazda bir çox insan “dəli olur”... Səhiyyə 28 Mart 18:53
Kreml Baltikyanı ölkələrə hücum edə bilirmi? Dünya 28 Mart 18:44
Yaponiya miqrantların üzünə qapılarını bağlayır... Dünya 28 Mart 18:38
Rusiyada “SVO veteranları” yeni növ dəstələr yaratmağa başlayıblar... Dünya 28 Mart 18:26
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib Mədəniyyət 28 Mart 18:18
Volkswagen ən böyük və ən güclü elektrik avtomobilini buraxdı... Texnologiya 28 Mart 18:15
“Bu müharibə İranın bomba yaratmasına mane olmayacaq..?” Dünya 28 Mart 18:04
“Azərişıq”: Sumqayıtda elektrik enerjisinin verilişi bərpa edilir Hadisə 28 Mart 17:19
DYP: Aramsız yağan yağışların yaratdığı çətinliklər aradan qaldırılır Hadisə 28 Mart 17:09
Xaçmazda selin fəsadları: 500-dən çox evi su basıb, avtomobil körpüsü dağılıb Hadisə 28 Mart 16:59
“Azərişıq": Sumqayıtda sel suları yarımstansiya və transformator məntəqələrinə dolub Siyasət 28 Mart 16:23
Bakıda iki icra başçısı subasma hadisəsi baş verən əraziyə gəliblər Siyasət 28 Mart 16:20
Oğuzda ağacların kəsilməsinə görə cinayət işi açılıb Hadisə 28 Mart 15:50
Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb Hadisə 28 Mart 15:31
Xaçmazda sel suları bir sıra kəndlərə ziyan vurub, Cıgatayda onlarla evi su basıb Hadisə 28 Mart 14:51
ADSEA: Respublikanın əksər çaylarında sululuq artıb Hadisə 28 Mart 14:46
AB-nin rəsmi internet saytına kiber hücum edilib Siyasət 28 Mart 14:19
Rusiyadan 1 apreldən etibarən benzin ixracına qadağa Siyasət 28 Mart 14:13
Azərbaycanda 2 ayda istehsal olunan güc transformatorlarının sayı açıqlanıb İqtisadiyyat 28 Mart 14:07
Sabah gündüz Bakıda yağıntılar tədricən kəsiləcək Hadisə 28 Mart 13:57
NİİM: Yağışa görə svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz diqqətdə saxlanılır Hadisə 28 Mart 13:54
Dövlət uşaq müəssisələrindən 864 uşaq ailələrinə qaytarılıb Sosial 28 Mart 13:27
ADSEA: Ərazilərin yağış sularından təmizlənməsi istiqamətində işlər intensiv şəkildə davam edir Hadisə 28 Mart 13:24
Gürcüstanın yol şəbəkəsini Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən layihə ilə bağlı yenidən tender elan olunub Siyasət 28 Mart 13:21
DİN: 763 çağırışa reaksiya verilib Hadisə 28 Mart 13:19
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb İqtisadiyyat 28 Mart 12:41
FHN: 42 vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib Hadisə 28 Mart 12:39
BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib Hadisə 28 Mart 12:38
Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib Hadisə 28 Mart 12:13
Ağsuda sel suları Arat-Curuxlu-Maşadqanlı avtomobil yolunun bir hissəsini yararsız hala salıb, tədbirlər görülür Siyasət 28 Mart 12:06
Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 440 faizidir Hadisə 28 Mart 11:58
Keçmiş reper baş nazir oldu Siyasət 28 Mart 11:55
Füzələr əsas atmosferi vurdu! Siyasət 28 Mart 11:52
Rusiyanın hücumu: ABŞ Avropanı müdafiə etməyəcək! Dünya 28 Mart 11:41
ABŞ-nin Ukraynaya silah tədarükü dayandırılır Dünya 28 Mart 11:38
Quba-Xınalıq yolu bağlandı Hadisə 28 Mart 11:34
Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA Hadisə 28 Mart 11:32
ADY yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərlə bağlı müvafiq tədbirlər görür Siyasət 28 Mart 11:28
Ağsuda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxslər həbs ediliblər Hadisə 28 Mart 11:27
Özəl xəbərlər Digər xəbərlər
AB-nin rəsmi internet saytına kiber hücum edilib Siyasət 28 Mart 14:19
Rusiyadan 1 apreldən etibarən benzin ixracına qadağa Siyasət 28 Mart 14:13
Keçmiş reper baş nazir oldu Siyasət 28 Mart 11:55
Füzələr əsas atmosferi vurdu! Siyasət 28 Mart 11:52
Rusiyanın hücumu: ABŞ Avropanı müdafiə etməyəcək! Dünya 28 Mart 11:41
ABŞ-nin Ukraynaya silah tədarükü dayandırılır Dünya 28 Mart 11:38
Redaktorun seçimi
Moskva Asiyadan Ukraynaya silah tədarükü ilə bağlı nalə çəkdi..? 18:24
Qərbdə çoxları Əfqanıstanı tiryək xaşxaş yetişdirənlər ölkəsi kimi “tanıyır”, amma... 18:16
Niyə ən güclü Amerika bombaları İranın “raket şəhərlərinə” nüfuz edə bilmir? 18:04
“Mart ayında öldürülən rusların sayı rekord həddə çata bilər...” 17:54
Berlində 45-ci dəfə yarımarafon təşkil olunub 17:41
Köşə yazıları
Fitrə: bir ovuc pay , min ürəyə toxunan mərhəmət 19 Mart 12:04
Novruzun işığı Bakı Bulvarında… - KÖŞƏ 18 Mart 16:05
Uşaqlıqda gözlədiyimiz bayramlar sanki əvvəlki sevincini itirib… 11 Mart 13:51
Populyar
Pasxa 2026: kilsə təqviminə və qeyd etmə ənənələrinə görə dəqiq tarix - FOTO 23 Mart 14:25
“Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışı kənd təsərüfatında yeni mərhələdir -DEPUTAT DANIŞDI 26 Mart 12:43
Sürətlənmiş insan qocalması üçün kritik bir yaşı müəyyən edilib... 22 Mart 21:07
Alimlər ən sürətli istilik “tutucusu” yaratdılar... 22 Mart 21:14
Bentley səsi lüksün yeni bir simvolu kimi qəbul edir… 22 Mart 21:56
Valyuta məzənnəsi
USD
1,7000
0,00%
EUR
1,9498
0,00%
GBP
2,2565
0,00%
RUB
2,0266
0,00%
Sizin reklam yeriniz
Digər layihələrimiz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Ana səhifə Haqqımızda Rss Əlaqə Yuxarı
Baxış sayı:147
Bu xəbər 29 Mart 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















