Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Türk dünyasında 30 il sonra ilk: Plan dəyişdi Onlar da qoşula bilər

Türk dünyasında 30 il sonra ilk: Plan dəyişdi Onlar da qoşula bilər

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin sürətli inteqrasiyası, təşkilatlanması və qlobal siyasi arenada yeni güc mərkəzi kimi formalaşması prosesi beynəlxalq müstəvidə diqqət mərkəzindədir.

Bu cür inteqrasiya təşəbbüsləri yalnız regional əməkdaşlıqla məhdudlaşmır, həm də siyasi, iqtisadi və təhlükəsizlik aspektlərində yeni ittifaqların qurulmasına zəmin yaradır.

Xüsusilə İran və Rusiya kimi tarixi aktorlar, o cümlədən Çin və Avropa İttifaqının (Aİ) TDT-yə yanaşması xüsusi maraq doğurur.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə “TDT+” formatının yaradılması ilə bağlı qərar qəbul edilib:

“Bütün təşkilatlar müəyyən mərhələdə kənar aktorlarla əməkdaşlıq formatı yaratmağa çalışırlar. Məsələn, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”, Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT+” formatı buna nümunədir.

TDT-nin 1992-ci ildən 2021-ci ilədək davam edən 30 illik institusional inkişaf tarixi var və artıq tam formalaşmış bir təşkilat olaraq genişlənmək, yeni əməkdaşlıq formatları yaratmaq niyyətindədir. Bu əməkdaşlığa türk toplumlarının yaşadığı coğrafiyaları əhatə edən dövlətlər, eləcə də Türk dünyası ilə əməkdaşlıqdan faydalanmaq istəyən qeyri-türk dövlətlər də daxil ola bilər.

Ümumilikdə, Türk Dünyası 11,2 milyon km²-dən artıq ərazini və təxminən 200 milyon nəfərlik əhalini əhatə edir. Müqayisə üçün: Avropa İttifaqının ərazisi təxminən 4 milyon km², əhalisi isə 450 milyon nəfər təşkil edir.

Türk xalqlarının bu gün müstəqil 7 dövləti var – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və yalnız Ankara tərəfindən tanınan Şimali Kipr Türk Cümhuriyyəti. Bu dövlətlər Türk dünyasının ümumi ərazisinin 44 faizini təşkil edir və TDT-də təmsil olunurlar (Türkmənistan və Şimali Kipr, eləcə də türk kimliyini vurğulayan Macarıstan – müşahidəçi statusunda, digərləri isə tamhüquqlu üzv kimi). Qalan 56 faiz ərazi isə hələlik müstəqil deyil”.


Şəhla Cəlilzadə

Siyasi şərhçi bildirib ki, tarixi türk coğrafiyası bu gün Rusiya Federasiyasının tərkibindəki muxtar türk respublikalarını (Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Krım, Saxa-Yakutiya, Altay və s.), Çin Xalq Respublikasının tərkibindəki Sincan-Uyğur Muxtar Vilayəti (Şərqi Türküstan), habelə Balkanlar, İran, İraq, Suriya, Qafqaz, Mərkəzi Asiya, Şimali Çin və Rusiyanın cənub və şimal-şərq ərazilərindəki türk toplumlarını əhatə edir:

“Türk dünyasının müstəqil üzvləri digər türk toplumlarının mədəni inkişafı, iqtisadi tərəqqisi və milli kimliyinin qorunması üçün siyasi təşkilatlanmada məsuliyyət daşıyırlar. Bu baxımdan, “TDT+” formatı həmin toplumların yaşadığı ölkələri əhatə etməklə həm türk dövlətlərinin sözügedən ölkələrlə əməkdaşlığını genişləndirə, güclənməsinə töhfə verə bilər.

Lakin Prezident İlham Əliyevin TDT çərçivəsində birgə hərbi təlimlər keçirilməsi, Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin Kibertəhlükəsizlik Şurasının yaradılması təklifi, habelə birgə hərbi-texniki əməkdaşlıq, müdafiə sənayesi və faydalı qazıntıların birgə işlənməsi ilə bağlı çağırışlar bəzi dövlətlər tərəfindən “Türk NATO-su”nun yaradılmasına doğru atılan addımlar kimi qəbul edilir və təhlükə olaraq qiymətləndirilir”.

Ş.Cəlilzadə qeyd edib ki, bu ölkələrin başında Rusiya və İran gəlir:

“Təsadüfi deyil ki, iki ölkələrin informasiya məkanında TDT Zirvəsi ilə bağlı xəbərlər əsasən aşağıdakı başlıqlarla təqdim olunur:

TDT-nin genişlənməsi, Təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, Türkiyənin regiondakı təsirinin artması.

Rusiya və İran mediası, həmçinin TDT-nin hərbi təşkilatlanma istiqamətində inkişafının, KTMT-dən türk dövlətlərinin (Qazaxıstan, Qırğızıstan) ayrılması ilə nəticələnə biləcəyi sualını gündəmə gətirir. Məsələn, vaxtilə Özbəkistan da KTMT-də iki dəfə üzv olub (1992–1999 və 2006–2012-ci illərdə), lakin hər iki dəfə təşkilatı tərk edib. Bu da deməyə əsas verir ki, TDT-nin inkişafı və əməkdaşlıq formatlarının dərinləşməsi təşkilatın gələcəkdə hərbi birlik olaraq cazibəsini artıra bilər. Bu isə reallıqla yanaşı, müəyyən regional narahatlıqlar da doğurur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dəfələrlə qeyd edib ki, Moskva TDT çərçivəsində mədəni, humanitar və təhsil sahəsindəki əməkdaşlığı təhdid hesab etmir. Lakin bu mövqe dolayısı ilə hərbi və iqtisadi əməkdaşlığın dərinləşməsinin Kremli narahat etdiyini göstərir.

Beləliklə, aydın görünür ki, gələcəkdə Rusiya və İran “TDT+” formatında əməkdaşlığa cəlb olunsalar belə, onların əsas məqsədi Türk dünyasında inteqrasiyanın dərinləşməsinin, təşkilatın “Türk NATO-su”na və ya “Türk İqtisadi İttifaqı”na çevrilməsinin qarşısını almaq olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri