Icma.az
close
up
RU
Türk dünyasında Azərbaycan dili və Ədəbiyyatı Araşdırmaları I Beynəlxalq Elmi Simpozium keçirildi

Türk dünyasında Azərbaycan dili və Ədəbiyyatı Araşdırmaları I Beynəlxalq Elmi Simpozium keçirildi

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 5-6 dekabr 2024-cü il tarixində "Türk dünyasında  Azərbaycan dili və Ədəbiyyatı Araşdırmaları” mövzusunda I Beynəlxalq Elmi Simpozium keçirildi.

Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova giriş nitqi ilə simpoziumu açıq elan etdi.Q simpoziumun məqsədinin Azərbaycan dilinin və ədəbiyyatının ölkəmizdən kənarda, xüsusilə də Türk dünyasında mövcud vəziyyətinin, onun tədqiqi və təbliği istiqamətində həyata keçirilən işlərin geniş platformada müzakirəsini, bu sahədəki problemlərin və perspektivlərin müəyyənləşdirilməsini təmin etmək məqsədi daşıdığını vurğuladı. Dos. Dilbər Zeynalova sonra  bu simpoziumun türk dünyası arasında bir körpü yaradacağına, Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləmdə təbliğinə mühüm töhfə verəcəyinə inanaraq   dəstək olan tərəfdaşlara-  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, onun sədri hörmətli Fuad Muradova və Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fonduna, Nar, onun  İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru, Xəzər Universittinin məzunu  Hökümə xanım Kərimovaya, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan İdarə Heyətinin sədri hörmətli Rəşad Cabirliyə, Azərbaycan Milli Elmlər Akademiyasına,Ege Universitesinə, Atatürk Üniversitesinə, Kars-Kafkaz Universitesinə, Özbəkistan İqtisadiyyat və Pedoqoqika İnstitututuna öz təşəkkürlərini bildirdi. 

 Xəzər Universitetinin Musiqi və İncəsənət departamentinin müdiri, əməkdar müəllim Zülfiyyə Sadıqovanın müşayəti, Beynəlxalq Müsabiqələr laureatı, Prezident mükafatçısı Orxan Həşimovun dirijorluğu ilə Musiqi və İncəsənət departamentin müəllimləri aşıq Ramin Qarayev, Məhsəti Azaflı, Xəzər Universitetniin tələbələrdən ibarət xor kollektivi Simpozium iştirakçılarını musiqi töhvəsi ilə salamladılar.  

Sonra çıxışlar başladı.  Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof. Hamlet İsaxanlı, Ege Universitetinin professoru, Türkiyə Yazarlar Birliyinin, Avrasiya Yazarlar Birliyinin, Türk Mədəniyyəti Araşdırma İnstitutunun, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ədəbiyyatşünas prof. Yavuz Akpınar, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Narın İctimaiyyətlə Əlaqələr və Koorporativ Ünsiyyət departamentinin direktoru, Xəzər Universitetinin məzunu Hökümə Kərimova çıxış edərək simpoziumun türk dünyasının elmi və mədəni inkişafındakı əhəmiyyətini vurğuladılar. 

Şərq və Qərb türkləri arasında geopolitik bir mövqedə yaşayan azərbaycanlıların dil və ədəbiyyat məsələlərinə diqqət çəkmək, Türk dünyasında  linqvistik-filoloji tədqiqatları, eyni zamanda əbəbi şəxsiyyətlərin yaradıcılığının tədqiq prosesini aktuallaşdırmaq, Türk dünyası ziyalıları, tədiqatçıları arasında kommunikasiyanı gücləndirmək məqsədilə Azərbaycan Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr Türk Respublikası kimi türk dövlətlərini  elm və mədəni inkişaf naminə bir araya toplayan simpozium panellər üzrə elmi çıxışlarla davam etdi.

İki gün davam edən simpoziumda 100-ə yaxın elmi tədqiqatçı konfransın məqsədinə xidmət edən müxtəlif mövzulu tezislərlə əyani və onlayn formada iştirak etdilər. 

Dekabrın 6-da Simpozium çərçivəsində Xəzər Universitetinin Dünya məktəbində Kars Kafkaz Universitəsinin əməkdaşları Dos. İlkin Qulusoy və Dr. Sema Şahin Dedenin "Türkiye Türkçesi ve Azerbaycan Türkçesi Karşılaştırmalı Deyim Bilgisi” kitabının təqdimatı baş tutdu. Simpozium öz işini Azərbaycanın böyük sənətkarı, Turançılıq məfkurəsinin təbliğatçısı Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş elmi, musiqili bədii proqramla yekunlaşdırdı. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri