Icma.az
close
up
RU
Türk irsinin yaddaşı: köç prosesi və dil

Türk irsinin yaddaşı: köç prosesi və dil

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AZƏRTAC türk xalqların folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan silsilə yazıları davam etdirir

Bakı, 9 fevral, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımov AZƏRTAC-a açıqlamasında türk irsinin yaddaşı kimi köç prosesi və dil məsələlərindən danışıb. O bildirib ki, türklərin köçü Böyük çöl (steppe) yolu olub: İpək yolu (ticarət + köç). Həmin marşrut dünya tarixinin, dillərin və mədəniyyətlərin formalaşmasında mühüm rol oynayıb. Bu prosesin tarixi önəmi dillərin yayılması, mədəniyyətlərin qarışması, inancların, habelə o dövrün yeniliklərinin ötürülməsi və ortaq sərvətə çevrilməsidir.

Professor tarixi köç prosesinin dildə qorunan izləri baxımından bir neçə istiqamətə diqqət çəkərək deyib: “Bu istiqamətlərdən biri toponimlərdir. Tarixi toponimlərin işlənmə ərazilərini müəyyənləşdirmək üçün köç yollarına nəzər salmaq kifayətdir. Ən qədim dövrlərdən bu günümüzə gəlib çıxmış yazılı mənbələr dilimizin sistemini tarixi yöndə tədqiq etmək baxımından böyük əhəmiyyətə malikdir. Köçə məruz qalan etnosların (tayfa və xalqların) adları ərazinin coğrafiyasında qorunub saxlanıb. Məsələn, Otuzikilər, Çobanilər, İyirmidördlər, Təkəli, Qaradolax, Boyat, Xalac, Şamlı, Oğuz, Qıpçaq, Səlçuq, Gənçək, Saka və s. həm tarixdə, həm də dildə əksini tapıb.

Qacar ocağı yer adı Qacarın ordusunun Şuşaya yol alması ilə bağlıdır. Ordu Xudafərindən keçib dincəlmək məqsədilə Cəbrayılın Soltanlı ərazisində müvəqqəti dayanır, yerin adı qalır”.

Dilçi-alimin sözlərinə görə, digər mühüm sahə dialekt və şivələrdir. Köçlər nəticəsində eyni dilin müxtəlif regionlarda fərqli formaları (cənub, şimal, qərb və şərq dialekt və şivələri) əmələ gəlib. Eyni dialekt sözü bölgələrdə fərqli quruluşda müşahidə olunur: duğa\\doğa\\douğa (xırın üzərindən keçən bulanıq su), elti (Qazax, Quba, Şəki) - iki qardaş arvadı; erti (Tovuz - eyni anlamda).

Köç prosesi dilin fonetik və qrammatik səviyyəsində də öz izini qoyub. “Türk dillərinə məxsus eyni, oxşar morfoloji göstəricilər yayılır. Məsələn, söz ortasında samitlərin qoşalaşması (geminatlar) türk dillərində əlamət, kəmiyyət bildirən lüğət vahidlərində müşahidə olunur: doxxuz, ottuz, aşşağı və s.”, - deyə professor qeyd edib.

Müsahibimiz vurğulayıb ki, Qafqazdan Anadolunun iç bölgələrinə köç prosesi dili assimilyasiya edə bilməyib, onu ikiqat kodlu duruma salıb: “Bu nitq nə tam Qafqaz türkcəsidir, nə də klassik Anadolu modelidir - köçün dil üzərində donmuş izidir”.

Köçün dil üzərindəki izlərindən biri də frazeologiya və atalar sözləridir. “Köç zamanı tayfalar maddi mədəniyyətlə birlikdə obrazları, deyimləri, metaforaları da özləri ilə aparırlar. Bu ifadələr yeni məkanda ya eyni formada yaşayır, ya yerli gerçəkliyə müvafiq dəyişir, ya da nostalji element kimi qorunub saxlanır. Məsələn, “yurdundan-yuvasından düşmək” (Azərbaycan), “qurbet elde kalmak” (türklərdə qürbət mənası köç mədəniyyətinin başlıca rəmzi sayılır), “sıla hasreti çekmek” (doğma yerə, kökə, mədəni mühitə duyulan həsrət), “yurdundan-yuvasından ayrılmak” (türkmən), qurbetde qalmak (türkmən), öz iline sıgmazlık (türkmən) və s.”

Müsahibimiz, həmçinin qeyd edib ki, türk coğrafiyası vaxtilə uzun məsafə qət edən hun köçünün mütləq dayanacaq yurdlarından olub. “Qara dənizin cənubu və Balkanların, şimalı və Azovətrafı coğrafiyanın tarixi-etnik mənzərəsi göstərir ki, burada hunlar bölünmüş, bir hissəsi Qara dənizin cənubu ilə yoluna davam etmiş, bir hissəsi isə - bəlkə də daha böyük kütləsi Qafqazın şimalına doğru hərəkət etmiş və Qara dənizin şimalı boyunca, Krımdan və Azovun üstündən, Dunay yolunu seçmişlər. Bura haçalanma məntəqəsi olmuşdur. Deməli, ayrılma məntəqəsi qədim türklərin oturaq yerinə vətəninə çevrilmişdir”, - deyə alim fikrini yekunlaşdırıb.

Beləliklə, tarixi köçlər nəticəsində formalaşan dil faktları türk irsinin canlı yaddaşı kimi çıxış edir. Köç yollarında yaranan və qorunan bu dil qatları türk xalqlarının ortaq keçmişini və mədəni davamlılığını bu günə qədər yaşadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Fevral 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri