Türk Mədəniyyəti və İrsi Fondu Birgə Bəyannamənin imzalanmasına münasibət bildirib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 10 avqust, AZƏRTAC
Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasına münasibət bildirərək bəyanat yayıb.
Fonddan AZƏRTAC-a daxil olan bəyanatda deyilir:
“Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Birgə Bəyannamənin imzalanmasını alqışlayır. Bu tarixi sənəd regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru mühüm bir addımdır.
Fond adından, təşkilatın qurucu dövlətlərindən olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi təbriklərimizi çatdırırıq. Bu mühüm diplomatik nailiyyət onun uzaqgörən strateji baxışı, sülh münasibətlərinə olan sarsılmaz bağlılığı və müdrik dövlət idarəçiliyi sayəsində mümkün olmuşdur.
Türk Mədəniyyəti və İrsi Fondu inanır ki, bu addım region xalqları arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın və harmoniyanın gücləndirilməsi üçün möhkəm bir təməl olacaqdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 10 Avqust 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















