Icma.az
close
up
RU
Türk mütəxəssis: Türk Dövlətləri Təşkilatı Avrasiyanın enerji geosiyasətində strateji güc mərkəzi rolunu möhkəmləndirir

Türk mütəxəssis: Türk Dövlətləri Təşkilatı Avrasiyanın enerji geosiyasətində strateji güc mərkəzi rolunu möhkəmləndirir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadiyyat, o cümlədən energetika sahəsində əməkdaşlıq son illərdə yeni strateji mərhələyə daxil olub. Ötən il Azərbaycan ilə TDT-yə üzv və müşahidəçi ölkələr arasında ticarət dövriyyəsinin 7,3 milyard dolları ötməsi, qarşılıqlı investisiya portfelinin isə 20 milyard dollardan artıq həcmdə formalaşması türk dövlətlərinin iqtisadi inteqrasiyasının gücləndiyini göstərir. Enerji sektoru bu əməkdaşlığın əsasını təşkil edir və ümumi investisiyaların 70-80 faizi məhz bu sahənin payına düşür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ankara Sosial Elmlər Universiteti Bölgə Araşdırmaları İnstitutu Türk Dünyası kafedrasının müdiri Resul Yalçın bildirib.

Qeyd edilib ki, Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Azərbaycan, Qazaxıstan və Türkmənistan neftinin beynəlxalq bazarlara çıxarılması, TANAP–TAP xətti ilə Türkiyə və Avropanın qazla təchizatı, İğdır–Naxçıvan qaz kəmərinin istismara verilməsi, Türkiyənin (TPAO) “Şəfəq-Asiman” layihəsində iştirakı, Suriyaya təbii qazın tədarükü və Özbəkistanda yeni kəşfiyyat mərhələsinin başlaması TDT daxilində enerji əməkdaşlığının geniş miqyas aldığını təsdiqləyir.

Vurğulanıb ki, Azərbaycanın Xəzər hövzəsi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialını Türkiyə və Avropa bazarlarına şaxələndirilmiş marşrutlarla nəql etməyə yönəlmiş siyasətinin “Türk Yaşıl Baxışı” və “Qəbələ Bəyannaməsi” ilə üst-üstə düşməsi TDT məkanında yaşıl enerji xəttinin formalaşmasını strateji hədəfə çevirir. Trans-Xəzər marşrutu, Azərbaycan–Türkiyə–Avropa və Xəzər–Qara dəniz–Avropa kimi yaşıl enerji layihələri Türk dövlətləri arasında enerji vasitəsilə vahid məkanın qurulmasına xidmət edir. Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizinin elektrik sistemlərini tarixdə ilk dəfə birləşdirməsi və Zəngəzur dəhlizinin Türkiyəyə uzanan enerji körpüsünü tamamlaması TDT-nin Avrasiyanın enerji xəritəsində artan rolunu daha da gücləndirir.

Bu proseslər fonunda TDT ölkələrinin Avropanın enerji təhlükəsizliyində artan mövqeyi və təşkilatın qlobal geosiyasi aktor kimi əhəmiyyəti mütəxəssislərin diqqət mərkəzindədir.

“Dəyişən qlobal siyasi nizam və Avrasiyada güc balansının yenidən formalaşması fonunda Türk Dövlətləri Təşkilatının (TDT) enerji siyasəti strateji əhəmiyyətə malik yeni mərhələyə qədəm qoyub. 2020-ci ildən sonra sürətlənən qlobal rəqabət, Rusiya–Ukrayna müharibəsi, Çinin Mərkəzi Asiyada artan təsiri və Avropanın enerji təhlükəsizliyində yaranan böhran türk dövlətləri arasında enerji əməkdaşlığının dəyərini daha da artırıb. TDT enerji istehsalçısı olmaqla yanaşı, Şərq–Qərb və Şimal–Cənub enerji axınlarının mərkəzində duran regional və qlobal tranzit platformasına çevrilməkdədir”, - deyə professor əlavə edib.

Onun sözlərinə görə, Türkiyənin Orta Dəhliz təşəbbüsü, Xəzər üzərindən keçən enerji marşrutlarının artan strateji çəkisi və Azərbaycan, Qazaxıstan, Türkmənistan kimi ölkələrin enerji istehsal potensialı TDT məkanını Avrasiyanın mühüm enerji qovşaqlarından birinə çevirir. Özbəkistan və Qırğızıstanın hidroenerji və təbii qaz imkanları isə təşkilatın enerji balansında tamamlayıcı rol oynayır.

Resul Yalçın qeyd edib ki, TDT ölkələrinin enerji profillərinin bir-birini tamamlaması təşkilat daxilində ortaq enerji siyasətinin formalaşması üçün əlverişli şərait yaradır. TANAP–TAP zəncirinin Avropanın enerji təhlükəsizliyindəki rolu, Xəzər üzərindən Türkmənistan qazının daşınması ilə bağlı müzakirələrin aktuallığını qoruması və Xəzər dənizi üzərindən şərq–qərb enerji xəttinin strateji əhəmiyyətinin artması TDT ölkələrini daha sıx əməkdaşlığa sövq edir.

“Bu gün TDT məkanı Avrasiyanın ən vacib enerji dəhlizlərinin üzərində yerləşir və bu, təşkilatın strateji əhəmiyyətini kəskin şəkildə artırır”, – deyə R.Yalçın vurğulayıb.

O bildirib ki, müxtəlif enerji resurslarına maliklik, tranzit mövqelər və tamamlayıcı iqtisadi strukturlar TDT daxilində infrastruktur əməkdaşlığının, texniki uyğunlaşdırılmasının və enerji ticarətində institusional yanaşmanın güclənməsinə imkan verir. Tarixən Rusiyaya enerji ixracında asılı olmuş Mərkəzi Asiya ölkələrinin hazırda Çinlə genişlənən enerji əlaqələri yeni asılılıq mərhələsi yaradır. Bu vəziyyət türk dövlətlərinin enerji marşrutlarını şaxələndirməsini və çoxvektorlu xarici siyasəti prioritetə çevirməsini zəruri edir. “TDT, Çin–Rusiya balansında bir rəqib deyil, alternativ əməkdaşlıq və koordinasiya platforması rolunu oynayır”, - deyə o əlavə edib.

R.Yalçın bərpaolunan enerji və kritik mədənlər üzrə əməkdaşlığı TDT-nin gələcək strateji gündəminin əsas istiqamətlərindən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, Mərkəzi Asiya və Xəzər regionunun külək və Günəş enerjisi potensialı xeyli yüksəkdir. Türkiyənin bərpaolunan enerji texnologiyaları və nüvə energetikası sahələrindəki təcrübəsi, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda həyata keçirilən Günəş və külək layihələri, həmçinin litium, uran, nadir torpaq elementləri və s. kimi kritik mədənlər üzrə əməkdaşlıq TDT-nin enerji siyasətini qazıntı yanacağı resurslarından çoxlaylı enerji modelinə doğru genişləndirir.

Ekspertin sözlərinə görə, TDT-nin uzunmüddətli uğuru enerji marşrutlarının təhlükəsizliyi, institusional mexanizmlərin gücləndirilməsindən, böyük güclər arasında rəqabətin düzgün idarə edilməsindən və yaşıl enerji texnologiyalarında əməkdaşlığın genişlənməsindən asılı olacaq. “Türk Dövlətləri Təşkilatı düzgün strateji planlaşdırma və əlaqələndirmə ilə Avrasiyanın enerji xəritəsində oyun qurucu aktor olmaq potensialına sahibdir”, – deyə R.Yalçın fikirlərini tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri