Icma.az
close
up
RU
Türk olduğunu demədən göstər ... Türksoylu sənədi aldıqdan sonra Türkiyə ərazisində çalışmaq mümkündür

Türk olduğunu demədən göstər ... Türksoylu sənədi aldıqdan sonra Türkiyə ərazisində çalışmaq mümkündür

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsilli əcnəbilərin ölkədəki hüquqi statusunu və imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən yeni qərarı imzalayıb. “Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilmələri, dövlət və ya özəl müəssisələrdə çalışdırılmaları haqqında qanunun tətbiqi ilə bağlı Nizamnaməyə dəyişiklik edilməsi” barədə qərar 10 oktyabr 2025-ci il tarixli “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təsdiq olunmuş qanundan da bəlli olur ki, Türkiyə qanunvericiliyində dəyişiklik baş verməkdədir. Deputatın sözlərinə görə, bu Türkiyə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərlə bağlıdır.

Azər Allahverənov

“Qanunda konkret olaraq türk soylu şəxslərə əlavə güzəştlərin verilməsi və ya əlavə iş şəraitinin yaradılması təsbit olunub. Qanunun imzalanmasına qədər bəzi sahələr vardı ki, orada mütləq əmək fəaliyyəti ilə məşğul olmaq üçü türk vətəndaşı olmaq şərt idi. Yalnız türk vətəndaşları həmin sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilərdi. Yeni qanuna görə isə, türksoylu şəxslər artıq Türkiyə vətəndaşlarının çalışa bildiyi bütün sahələrdə öz sənədlərinə və peşələrinə uyğun olaraq əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Bu da o deməkdir ki, türk soylu əcnəbilər üçün imkanlar yaradılır”-deyən deputat qeyd edib ki, Türkiyə qanunlarına görə, türksoylu bəlgəsi deyilən bir sənəd əldə olunmalıdır, yəni həmin şəxs türk soyuna mənsub olduğunu göstərməlidir.

Azər Allahverənov vurğulayıb ki, türksoylu şəxslər bir çox türkdilli xalqlar belə bir sənəd almaq hüququna malik idi, amma bu sənəd daha çox öz ölkələrində hansısa səbəblərə görə hansısa təqiblərə və ya təzyiqlərə məruz qalan şəxslərə şamil olunurdu: “Axıska türkləri, Çində uyğurlarla bağlı bu türksoylu sənədinin verilməsi prosesi şəkildə həyata keçirilirdi. Son zamanlar bu siyahıya Krım tatarları da əlavə olunub. Amma digər türkdilli respublikaların vətəndaşları da Türksoylu sənədinin alınması üçün müraciət edə bilər”.

Azər Allahverənov bildirib ki, bu sənədlə təmin olunan şəxs artıq Türkiyə ərazisində bu yeni qanunda baş vermiş dəyişikliyə görə əmək fəaliyyəti ilə məşğul ola bilər, hətta dövlət qurumlarında və Türkiyə Cümhuriyyəti vətəndaşlarının çalışdığı istənilən sahədə çalışa bilər: “Mütləqdir ki, onun konkret hansısa bir ixtisasa malik olmasını təsdiq edən müvafiq sənədləri olmalıdır. Yalnız sertifikatlar, diplomlar və digər sənədlər olduğu halda, şəxs türksoylu sənədi aldıqdan sonra konkret olaraq əmək fəaliyyəti ilə məşğul olması üçün müraciət edə bilər. Qeyd edək ki, qanun ancaq Türkiyə ərazisində qanuni əsaslarla yaşayan şəxslərə şamil olunur”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri