Icma.az
close
up
RU
Türk politoloq: Üçtərəfli sülh sazişinin imzalanması Cənubi Qafqaza dayanıqlı sabitlik gətirəcək

Türk politoloq: Üçtərəfli sülh sazişinin imzalanması Cənubi Qafqaza dayanıqlı sabitlik gətirəcək

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı,3 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Vətən müharibəsindən sonra imzalanan atəşkəs razılaşmasının sülh sazişinə çevrilməsi Cənubi Qafqazda davamlı sabitliyin əsas təminatçısı ola bilər.

Bu fikri türk politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktay səsləndirib.

Politoloqun sözlərinə görə, 2020-ci il 10 noyabr bəyanatı Ukrayna böhranından əvvəl imzalandığı üçün Rusiya bölgədəki proseslərə fərqli prizmadan yanaşırdı. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri gərginləşdirməsi mühüm dönüş nöqtəsi olub: “Paşinyanın Moskva ilə məsafəli siyasəti Cənubi Qafqazda yeni reallıqların formalaşmasına şərait yaratdı. Regionda dayanıqlı sülhün təmin olunması üçün Türkiyə, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmanın imzalanması zəruridir. Belə bir saziş olmadan istənilən kommunikasiya xəttinin və ya dəhlizin açılması real görünmür.

Hasan Oktay xatırladıb ki, Türkiyə 1991-ci ildə Cənubi Qafqaz respublikalarını tanısa da, Ermənistanla diplomatik münasibətlər qurmayıb. “Ermənistan tərəfindən işğal edilən Kəlbəcər rayonu Türkiyənin sərhədləri bağlamasına səbəb oldu. 2020-ci il 10 noyabr Bəyanatından sonra Kəlbəcər işğaldan azad edildiyi üçün sərhədlərin açılması üçün hüquqi maneə qalmayıb. Lakin Ankara bu məsələni Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması istiqamətində diplomatik vasitə kimi istifadə edir”, – deyə politoloq vurğulayıb.

KAFKASSAM rəhbəri əlavə edib ki, 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilərdən əvvəl sülh sazişinin imzalanması bölgədə əhəmiyyətli geosiyasi nəticələr doğura bilər. “Paşinyanın hakimiyyətdə qalması sülh prosesinin davamlılığı baxımından mühümdür. Əks təqdirdə, revanşist qüvvələrin hakimiyyətə gəlməsi bölgədə terror və qeyri-sabitlik riskini artıra bilər”, - deyə o əlavə edib.

Hasan Oktayın sözlərinə görə, bölgədə yeni aktorların müdaxiləsi əvəzinə, güclü və ədalətli sülhün bərqərar olması daha real perspektivdir. “Donald Trampın vasitəçiliyi ilə imzalanan sənəd bölgədə yeni geosiyasi tarazlıq yaradıb.

Ekspert vurğulayıb ki, sülh sazişinin imzalanmasından sonra Azərbaycan Cənubi Qafqazın ən güclü və dinamik inkişaf edən ölkəsinə çevriləcək. “Sazişin reallaşması ilə bölgədə Azərbaycanın iştirakı olmadan heç bir regional təşəbbüs həyata keçirilə bilməz. Türkiyə də bu reallığı nəzərə alaraq, heç bir ilkin şərt qoymadan üçtərəfli sülh sazişinin imzalanmasını dəstəkləyir. Türk Dövlətləri Təşkilatı baxımından da bu sülh prosesi strateji əhəmiyyət daşıyır. Ermənistan ərazisindən keçəcək nəqliyyat xətləri türk dünyasını Türkiyə ilə birləşdirəcək böyük strateji marşruta çevriləcək”, – deyə Hasan Oktay qeyd edib.

Politoloq sonda bildirib ki, bundan sonrakı mərhələdə Cənubi Qafqaz üçün əsas müzakirə mövzusu Xəzər dənizindən keçəcək marşrut layihələrinin reallaşdırılması olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri