Icma.az
close
up
RU
“Türk Şengen”inə doğru mühüm addım

“Türk Şengen”inə doğru mühüm addım

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2527 saylı Qanun çərçivəsində mühüm qərar imzalayıb. 

Qərara əsasən, artıq türk soylular, yəni Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Krım və Qaqauz icmalarından olan şəxslər Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər. Bu dəyişiklik onlara həm dövlət, həm də özəl sektorda daha asan işləmək imkanı yaradır. Türk soylular üçün iş icazəsi və yaşayış icazəsi prosedurları sadələşdirilir, onlar artıq Türkiyədə “əcnəbi” sayılmayacaq, öz vətənlərindəki kimi yaşayıb, fəaliyyət göstərə biləcəklər. 

Belə ki, bu qərar Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadi və sosial inteqrasiyanı gücləndirəcək. Bu addım “Türk Şengeni” kimi vahid viza və əmək sistemi üçün ilkin model sayıla bilərmi? 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu qərar türk dünyasının inteqrasiyası baxımından tarixi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın türksoylu şəxslərə Türkiyədə işləmək, oxumaq və fəaliyyət göstərmək imkanı tanıyan xüsusi status tanıması olduqca mühüm tarixi hadisədir: 

“Bu qərar türk dünyasının, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin və üzv olmayan türk toplumlarının qarşılıqlı inteqrasiyası baxımından da tarixi əhəmiyyət daşıyır. Türksoylular vahid bir millətin soyundan gələn insanlardır. Bu gün onların milli kimliyinin və qarşılıqlı faydalı münasibətlərinin inkişafı tarixi bir zərurətdir. Bu proses bir neçə istiqamətdə paralel şəkildə davam edir. Yəni həm dövlətlərarası münasibətlər kontekstində bu sahədə mühüm dinamika müşahidə olunur, həm də toplumlar arasında mədəni, humanitar, elmi və təhsil sahələrində əməkdaşlıq var”. 

Deputat qeyd edib ki, Prezident Ərdoğanın imzaladığı sərəncam artıq mədəni, humanitar və təhsil əlaqələrini aşaraq hüquqi müstəviyə keçidi təmin edir:

“Bu sərəncam birbaşa hüquqi kontekstə malikdir. Bu sənəd indiyədək mövcud olan mədəni, humanitar, elmi və təhsil əlaqələrinə əlavə olaraq türksoylu şəxslərə hüquqi status tanıyır. Düşünürəm ki, bu, gələcəkdə digər türk dövlətləri üçün də bir modelə çevrilə bilər. Yəni Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşları, eləcə də digər türksoylu xalqlar üçün ortaq hüquqların qəbul edilməsi həmin təşkilat çərçivəsində mühüm addım ola bilər”. 

Hikmət Babaoğlu vurğulayıb ki, bu qərar xüsusilə Türkiyə-Azərbaycan münasibətləri üçün də önəm daşıyır:

“Bütün bunları ilk növbədə Türkiyə-Azərbaycan münasibətləri kontekstində də qiymətləndirə bilərik. Çünki çoxsaylı Azərbaycan vətəndaşları Türkiyədə yaşayır, işləyir, təhsil alır və fəaliyyət göstərirlər. Bu baxımdan, həmin qərar həm də iki qardaş ölkənin münasibətləri çərçivəsində mühüm hadisə kimi dəyərləndirilə bilər. Həmçinin, bu təşəbbüs “bir millət, iki dövlət” fəlsəfəsini daha da dərinləşdirərək onu hüquqi müstəviyə daşıyır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az

Açar sözlər: Türk Dövlətləri Təşkilatı şengenHikmət Babaoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri