Icma.az
close
up
RU
Türk telekanalında ermənicə serial Barışıq başladı, yoxsa...

Türk telekanalında ermənicə serial Barışıq başladı, yoxsa...

Icma.az, News24 portalına istinadən məlumat verir.

İlk dəfə erməni-türk telekanalı “4 yaramaz çocuk” serialı yayımlayacaq; deputat: “Bu, Ankara-İrəvan münasibətlərinin normallaşması anlamına gəlmir”

Türkiyədə “Luys TV” X mikrobloqunda ilk erməni-türk telekanalı - “4 yaramaz çocuk” serialı yayımlanacaq. Bu, Türkiyədə yayımlanan ilk erməni serialı olacaq. Serial erməni dilində türkcə subtitrlərlə yayımlanacaq.

Bildirilir ki, “Luys” televiziyası İstanbulda yaşayan erməni jurnalist Aram Kuran tərəfindən təsis edilib. Yayım 2019-cu ildə başlayıb. Yayımlanan proqramların 70 faizi “Qərbi erməni”, 30 faizi isə türk dilindədir.

Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün hava-su qədər vacibdir. Bu istiqamətdə proses getməkdədir. Erməni dilində serialın yayımlanması da normallaşma prosesinin bir elementi sayıla bilərmi? İki ölkə arasında diplomatik əlaqələr qurulmamış ermənicə serial verilməsinə Azərbaycan necə yanaşmalıdır?

Bu məsələ olduqca həssas və çoxşaxəlidir. Ermənicə serialın Türkiyədə yayımlanması, ilk baxışdan mədəni müxtəliflik və tolerantlıq kontekstində təqdim olunsa da, onun arxa planında siyasi, diplomatik və ictimai rezonans doğura biləcək nüanslar da gizlidir.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması uzun illərdir müzakirə olunan, lakin real nəticələrə nadir hallarda gətirən bir məsələdir. 2022-ci ildən etibarən bu istiqamətdə müəyyən addımlar atılsa da (sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması, xüsusi nümayəndələrin görüşləri və s.), bu proses hələ də rəsmi diplomatik əlaqələrlə nəticələnməyib. Belə bir şəraitdə erməni dilində serialın Türkiyə kimi böyük bir ölkənin media məkanında yayımlanmasını bir çox siyasi şərhçilər  normallaşma prosesinin mədəniyyət vasitəsilə “yumşaq güc” metodu ilə aparılması kimi dəyərləndirir.

Məlum məsələdir ki, Türkiyə Azərbaycanın ən yaxın strateji müttəfiqidir və Ermənistanla münasibətlərdə hər hansı yumşalma, xüsusən də Azərbaycan-Ermənistan münasibətləri tam normallaşmadan baş verərsə, bu, ictimaiyyətdə suallar və narahatlıqlar yarada bilər.

Məsələ ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, Türkiyədə yaşayan müxtəlif xalqların öz dilində telekanallarının açılması siyasəti bir neçə ildir davam etdirilir:

“2009-cu il TRT-nin bir bölümü kürd dilində fəaliyyətə başladı. Bu açılım siyasəti ilə bağlı rəsmi dövlət kanalıdır. Hətta telekanal yayımına  o zaman baş nazir olan Ərdoğanın çıxışı ilə başlamışdı. İndi haqqında bəhs etdiyiniz kanal da eyni siyasətin tərkib hissəsi hesab edilə bilər. Hər şeydən öncə istərdim ki, Azərbaycan ictimaiyyəti bu kimi olaylardan yanlış nəticə çıxarıb qardaş Türkiyə haqqında pessimist düşüncəyə düşməsin. Türkiyə yüz illərlə Şərqin ən böyük imperiyalarından biri olan Osmanlının varisidir. Bu coğrafiyada kürd, ərəb, laz, digər xalqlar yaşayır. Türkün böyüklüyü həm də hakimiyyəti altında olan xalqların milli, dini haqlarını qorumasıdır. Ermənilər bu coğrafiyanın aborigen etnosu olmasa da bu gün Türkiyədə müəyyən saya malikdirlər və ermənidilli kanalın fəaliyyəti də bu prinsiplər əsasında, xüsusi olaraq qeyd edim ki dövlətin nəzarəti altında açılıb. Türkiyənin milli azlıqlara bu cür yanaşması iki baxımdan çox vacibdir. Əvvəla milli azlıq məsələsindən həmişə Qərb ölkələri, xüsusi təşkilatlar istifadə ediblər. İkincisi də bu məsələ ilə bağlı haqsız ittihamları beynəlxalq təşkilatların gündəminə daşıyıblar.  Bu baxımdan prosesin dövlətin himayəsi və nəzarəti altında olması təqdirəlayiqdir”.

Millət vəkilinin fikrincə, bu məsələ  Ermənistanla  münasibətlərin normallaşması anlamına gəlmir və belə qəbul edilməməlidir:

“Ermənistan Türkiyə ilə yaxınlaşmaq istədiyini, münasibətləri normallaşdırmaq niyyətində olduğunu desə də, əməldə tamamilə başqa mövqe sərgiləyir. Ermənilərin Türkiyə ərazisinə iddialarını büruzə verən faktlar az deyil. Məsələn, Ermənistanın dövlət gerbində Ağrı dağının əks olunduğu məlumdur. Bu da aşkar şəkildə Türkiyəyə qarşı ərazi iddiasından xəbər verir. Bu azmış kimi, indi də bəzi erməni təşkilatları Ağrı dağının ermənilərin ”milli kimlik simvolu" olduğunu bildirirlər.  

Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini qaydasına salmaması isə onun bir dövlət kimi varlığını sual altında qoyur. 85 milyonluq Türkiyə ilə 10 milyonluq Azərbaycan arasında 2 milyonluq Ermənistanın uzun müddət düşmən münasibətində yaşamaq şansı yoxdur. Əks təqdirdə Ermənistan dövlətçilik mövqeyini itirəcək və parçalanacaq".

Tənzilə Rüstəmxanlı həmçinin qeyd edib ki, Ermənistan son vaxtlar Türkiyə ilə barış prosesinin intensivləşdirəcəyinə ümid edərək bəzi addımlar atmağa məcbur olub:

“Türkiyə üçün Azərbaycanla Ermənistan arasında problemlərin həll olunması prioritetlərdən biridir və bunu da təbii qarşılamaq lazımdır. İki qardaş ölkənin biri ilə yaxşı əlaqələr qurub, o biri ilə düşmənçiliyi davam etdirmək mümkün deyil. Ermənistan bölgə dövlətləri Türkiyə ilə Azərbaycanla münasibətlərin normallaşmasına eyni paketlə getməlidir. Çünki hər iki ölkə ilə Ermənistanın problemləri eynidir. Azərbaycanla Türkiyənin bölgədə gedən olaylara, siyasi və iqtisadi proseslərə baxışları da üst-üstə düşür. Ermənistan bunları anlamalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri