Icma.az
close
up
RU
Türkanın ölümü ilginc faktları açdı Xəstəxananın yüksək vəzifəli məmurla nə əlaqəsi?

Türkanın ölümü ilginc faktları açdı Xəstəxananın yüksək vəzifəli məmurla nə əlaqəsi?

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bu günlərdə daha bir gənc xanımın xəstəxanada komaya düşməsi və ölümü xəbəri ölkədə həkim səhlənkarlığı və səhiyyə xidmətinin vəziyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırdı. Söhbət əlindəki ziyili götürmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadədən gedir.
Gənc qız əməliyyat öncəsi narkozdan sonra allergik şok keçirib və komaya düşüb. 10 gün sonra isə xəstəxanada həyatını itirib.
Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olan Türkan nişanlı imiş və gələn ay toyu olacaqmış.
Valideynlərinin sözlərinə görə, qızları xəstəxanaya sağlam göndərilib. Heç bir yanaşı xəstəliyi və əməliyyat öncəsi verdiyi analizlərində problem olmayıb.
Beləliklə, adi bir ziyilə görə gənc qız həyatından oldu, bir ailənin işığı söndü…
Bəs, hadisə necə baş verib? Necə olub ki, Türkan narkozdan allergik şok keçirib? Ümumiyyətlə, ona narkoz verilməli imişmi? Əməliyyatdan öncə bütün lazımı analizlər aparılbsa, necə olub ki, allergik şok ehtimalı nəzərə alınmayıb?
Düşündürücü suallardır. Maraqlısı isə odur ki, xəstəxana rəhbərliyi bu suallara doğru-düzgün cavab vermək əvəzinə daha çox digər məqamları qabardır. “Xəstə yaxınlarının aidiyyəti qurumlara heç bir şikayəti yoxdur”, “Xəstə narkozu özü istəyib”,
“Ölümün səbəbi narkozun çox və ya az verilməsi deyil”, “Xəstənin müraciət səbəbi nə ziyil, nə də törəmə deyil” və s. kimi absurd, məsələnin mahiyyətinə heç bir dəxli olmayan cavablar…
Bu səbəbdən Bakupost.az olaraq, məsələyə aydınlıq gətirmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına rəsmi sorğu ünvanladıq. Sorğunun verilməsindən 3 iş günü keçməsinə baxmayaraq, hələ də rəsmi cavab yoxdur. Bu səbəbdən yenidən Gəncə Beynəlxalq Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə şöbə rəhbəri Leyla Məmmədova ilə əlaqə saxladıq. O, yenə də suallarımıza cavab vermək əvəzinə “Xəstənin yaxınlarının şikayəti yoxdur”, “Xəstə ilə bağlı məlumatları açıqlamağa ixtiyarımız yoxdur” kimi cavablarla kifayətləndi. Son sözü isə bu oldu ki, “məsələ ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır, müvafiq ekspertizanın rəyi hazır olduqdan sonra sorğunuza cavab veriləcək, gözləyin”.
Xəstəxananın direktoru ilə əlaqə saxlamaq istədikdə isə L.Məmmədova onun adını açıqlamaq və əlaqə nömrələrini verməkdən imtina etdi.
Biz isə Araşdırmalarımız zamanı Gəncə Beynəlxalq Xəstəxanası və onun rəhbərliyi ilə bağlı ilginc məlumatlar əldə etdik.
Aydın oldu ki, vaxtilə mərhum Vergilər naziri Fazil Məmmədova məxsus olan həmin xəstəxananı hazırda faktiki olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri, professor Hikmət İbrahimli işlədir.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, hətta Hikmət İbrahimli həmin xəstənaya öz bacısı qızını direktor təyin etdirib. Gülnara adlı həmin xanım xəstəxananın direktoru olsa da, faktiki olaraq, işə çıxmır, distant qaydada fəaliyyət göstərir. Xəstəxananın idarçiliyini baş həkim Tural Əfəndiyev və Leyla Məmmədova həyata keçirirlər.
Onu da qeyd edək ki, Hikmət İbrahimlinin bölgə xəstəxanalarında rəhbər postlara təyinatlar məsələsində əsas söz sahiblərindən biri olduğu da bildirilir. Hətta iddia olunur ki, o, Hacıqabuldan Şəmkirə qədər TƏBİB-in tabeliyində olan bütün xəstəxanalara öz adamlarını direktor təyin etdirib.
Həmin direktorlara təsir imkanları olan Hikmət İbrahimli bölgələrdəki bütün ağır xəstələri onların vasitəsilə Gəncə Beynəlxaq Xəstəxanasına yönəldir.
O da qeyd olunur ki, Hikmət İbrahimli təkcə regionlarda deyil, Bakıda da böyük imkanlara sahibdir. Belə ki, o, paytaxtda bir neçə özəl klinikalara şəriklik edir, eyni zamanda bəzi dövlət xəstəxanalarının texniki təchizatını həyata keçirir…
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Mart 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri