Türkiyə bu ölkə ilə müdafiə sənayesinin ən böyük müqaviləsini İMZALADI
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbulda davam edən “IDEF 2025” sərgisi çərçivəsində Türkiyə ilə İndoneziya arasında 48 ədəd KAAN döyüş təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb.
Redaktor.az xəbər verir ki, müqaviləni Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri Haluk Görgün, Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) İdarə Heyətinin sədri Ömər Cihad Vardan və İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin imzalayıb.
Mərasimdə çıxış edən Haluk Görgün bu razılaşmanın Türkiyənin Cümhuriyyət tarixində müdafiə sənayesi sahəsində bağlanmış ən böyük ixracat müqaviləsi olduğunu bildirib.
Ölkəsinin müdafiə sənayesində yerli istehsal payının 83 faizə yüksəldiyini vurğulayan Görgün həyata keçirdikləri layihələr, hazırlanan sursatlar və digər sistemlərlə bağlı bir çox rekorda imza atdıqlarını, bir çox ölkə ilə müqavilələr bağladıqlarını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 27 İyul 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















