Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətini bəyan edib
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ankara və İrəvan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq".
Oxu.Az-ın "Turkiye" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün vacib element hesab edir.
"Biz razılaşmaların əldə olunması üçün maksimum dəstək göstəririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq. Sərhədlə bağlı son qərarlar (delimitasiya barədə - red.) bu irəliləyişin yaxşı nümunəsidir", - deyə Türkiyənin XİN rəhbəri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:TBMM komitə sədri: Ermənistanla münasibətləri normallaşdırmaq üçün əsas şərt...
07 Dekabr 2024 15:26
Türkiyə Ermənistanla sərhədləri açacaq
16 Mart 2025 10:26
Türkiyə Ermənistanla sərhədi açır?
03 Noyabr 2025 16:08
Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaq, amma bir şərtlə... Hakan Fidan
06 Noyabr 2024 09:34
Terrorsuz Türkiyə , yoxsa Ermənistanla yaxınlaşma?!
18 İyun 2025 19:45
Baxış sayı:97
Bu xəbər 06 Noyabr 2024 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















