Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Türkiyə film və serialları Azərbaycanda niyə çox sevilir? Məşhur türk aktrisa ilə MÜSAHİBƏ

Türkiyə film və serialları Azərbaycanda niyə çox sevilir? Məşhur türk aktrisa ilə MÜSAHİBƏ

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Türkiyənin "Yeşilçam" filmlərinin məşhur aktrisası Hülya Koçyiğit "Teleqraf" İnformasiya Agentliyinə eksklüziv müsahibə verib.

Moderator.az müsahibəni təqdim edir.
- Hülya xanım, Türk kinosunun ən inkişaf edən dövrlərində siz qadın obrazlarına yeni bir dərinlik gətirdiniz. O illəri necə xatırlayırsınız?
- O illər "Yeşilçam"ın ən inkişaf etmiş dövrü idi. Həmin illəri xatırlayanda daxilimdə xoş bir həyəcan yaşanır. O illərdə kino sahəsi böyük bir ailə idi. Hər kəs öz işinə böyük sevgiylə yanaşar və qəlbini qoyardı, çəkiliş meydançalarında sevgi, hörmət və zəhmət vardı. Yəni səmimiyyət, dostluq, mübarizə və böyük bir sevgiylə dolu bir dövr idi.
- Sənət sizin üçün sadəcə bir peşə yox, bir yaşam tərzi oldu. Bu yolçuluqda sizə ən çox stimul verən nə idi?
- Sənət mənim üçün nəfəs almaq, həyata toxunmaq, insanı anlamaq deməkdir. Bu mənim varlığıma ruh verən, gündəlik həyat tərzimə dərinlik qatmaq üçün ehtiyac duyduğum bir yoldur. Bu uzun sənət yolçuluğunda məni hər zaman ən çox bəsləyən duyğu sevgi, hörmət və empati olub, məhz bu duyğular yaradıcılığımın əsas dayaq nöqtəsini formalaşdırıb və mənə hər addımda ilham verib.

- Həmişə filmlərinizdə mərhəmətli, güclü, amma zərif qadınlar gördük. Bu obrazlarınızı necə xarakterizə edərsiniz?

- Canlandırdığım obrazlar zərifliyi, məsumiyyəti, daxili mübarizəsi və ədalətə bağlılığı ilə seçilirdi. Bu rollar yalnız ekran üçün yaradılmış xarakterlər deyildi, onların hər biri özündə dövrün qadınlarının gücünü, həssaslığını və həyat qarşısında əyilməz duruşunu əks etdirirdi.

Bu cür obrazlara həyat vermək mənim üçün həm peşəkar, həm də şəxsi bir yolçuluq idi, çünki onların xarakter xüsusiyyətləri mənim öz dünyagörüşüm və şəxsiyyətimlə səsləşirdi. Məhz buna görə də həmin rolları oynayarkən özümü süni deyil, sanki real bir həyat hekayəsinin içində hiss edirdim. Hər bir obraz mənim ruhuma yaxın idi və mən də onları öz həqiqətimlə daha dərindən ifadə etməyə çalışırdım.
- Necə düşünürsünüz, "Susuz yay", "Gəlin" və "Dərman" kimi filmlərinizin Türkiyə və Azərbaycanda da çox sevilməsinin səbəbi nə idi?
- Bu filmlərin hekayələri bir çox hallarda real həyatda yaşanmış hadisələrdən qaynaqlandığı üçün tamaşaçılar onlarla dərhal emosional bağ qura bilirdilər. Ekranda gördükləri situasiyalar, insanların mübarizələri, ailə münasibətləri və sosial çətinliklər gündəlik həyatın bir parçası idi və bu, özünü həmin hekayələrdə görmək istəyən tamaşaçılar üçün səmimiyyət və inandırıcılıq yaradırdı.

Məhz bu reallıqla iç-içə olan yanaşma filmlərin təsir gücünü artırdı və onları müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda da geniş kütləyə yaxınlaşdırdı.

- Film çəkilişləri zamanı yaddaşınızda silinməz iz buraxan, bu gün də sizi güldürən və ya duyğulandıran hər hansı bir xatirə varmı?
- “Dərman” filminin çəkilişləri qışın ən çətin keçdiyi Ağrı şəhərində, qarın içində aparılırdı. Bir tərəfdən donma təhlükəsi, digər tərəfdən buz bağlamış çay üzərindən atlı xizəklə keçərkən yaşadığımız risk və oradakı çətin hava şəraitində yaşayan insanların həyat tərzi hələ də yaddaşımdadır.

O günlər həm peşəkar, həm də insani baxımdan mənə çox şey öyrətdi və bu təcrübə yaddaşımda silinməz izlər buraxdı.

- Sizcə, gənc aktyorların inkişafında emosional hissiyyatın rolu daha ön plandadır, yoxsa texniki hazırlığın və texnologiya yönümlü yanaşmaların üstünlükləri daha çox diqqət çəkir?
- Gənc aktyorları ayıran əsas məqam onların özlərini ifadə tərzidir. Bu gün film və serialların çəkilişində texnologiyanın çox böyük faydası var və o, prosesi həm sürətləndirir, həm də daha keyfiyyətli nəticə əldə etməyə imkan yaradır. Amma insana baxsaq, insan duyğusu, ağlı və ruhu ilə var olan bir varlıqdır.

Əgər bir insan hekayəsi danışılırsa, duyğu orada mütləqdir. Çünki tamaşaçını təsirləndirən də, hekayəni gerçək edən də məhz aktyorun bu duyğunu içdən hiss edib onu doğru şəkildə çatdırmasıdır. Texnologiya nə qədər inkişaf etsə də, insanın daxili aləmini əvəz edə biləcək bir vasitə hələ ki yoxdur.
- Sizin qadınların cəmiyyətdəki yerini gücləndirmək üçün göstərdiyiniz duruşu nəzərə alaraq, qadın olmağın mənasını necə ifadə edərdiniz?
- Qadın toplumun anasıdır, bünövrəsidir. Birləşdirən, bəsləyən, sevgini və mərhəməti çoxaldan, şəfqəti ilə böyüdən, zəhməti ilə yaşadan, ədaləti ilə tarazlıq quran, insan olmanın bütün gözəl xüsusiyyətlərini həm yaşadan, həm də başqalarına öyrədən bir varlıqdır.

Eyni zamanda qadın bir toplumun vicdanıdır və onun gücü, cəsarəti və sevgisi cəmiyyətin davamlı inkişafına böyük təsir göstərir.
- Sizcə, bir qadının sənətdə, şəxsi həyatda və ailədə tarazlığı qoruyaraq uğur qazanmasının əsas sirri nədir?
- Qadın qəlbini sənətə verərkən ailəsini kənara qoymaq məcburiyyətində deyil, eyni şəkildə ailəsinə əmək sərf edərkən də xəyallarından vaz keçməyi gözardı etməməlidir. Əsas olan gördüyü hər işə sevgisini, zəhmətini və səmimiyyətini qata bilməkdir, hər rolunu diqqətlə, ürəkdən yerinə yetirməkdir… Əlbəttə, güclü bir dayanışma içində olmaq, ətrafdakı dəstək sistemi ilə birgə hər şeyi daha asan və mənalı etməkdir.


- Hülya Koçyiğitin dünyaya baxışını bir cümlə ilə ifadə etməli olsa, o cümlə nə olardı?
- Həyata, insana və sənətə sevgi, zəhmət, fədakarlıq və empati ilə yanaşmaq, hər anı dəyərli bilmək və gördüyümüz işdə səmimiyyətimizi qorumaqdır. Bu yanaşma həm insanlarla münasibətlərimizi, həm də yaradıcılığımızı daha zəngin və mənalı edir.
- Siz bir aktrisa kimi Azərbaycanda da çox sevilirsiniz. Bu diqqəti və sevgini ilk dəfə ən çox nə zaman hiss etdiniz?
- Azərbaycanda da çox sevildiyimi bilirəm və uzun illərdir bunun fərqindəyəm. Amma Azərbaycanlı qardaşlarımla görüşmək bu ilə qismətim oldu və onların isti münasibəti, sevgi dolu baxışları mənə xüsusi və dəyərli anlar bəxş etdi.
- Necə düşünürsünüz, iki qardaş ölkə arasında “Bir millət, iki dövlət” anlayışı mədəniyyət sahəsinə hansı dərəcədə təsir edir?
- Bəli, Türkiyə və Azərbaycan qardaş ölkədir. Sənət sağaldar, gözəlləşdirər, birləşdirər. Sənətlə daha da güclənəcəyik. Birlikdə yaratmağı arzulayıram və ümid edirəm ki, bu, həm mədəniyyətimizi zənginləşdirəcək, həm də insanların qəlblərində yeni körpülər quracaq.
- Yaxın günlərdə Azərbaycana səfər etdiniz. Bu səfərdə sizi ən çox təsirləndirən nə oldu?
- Azərbaycanlı qardaşlarımın vəfası, zərifliyi diqqətimi çəkdi. Eləcə də Bakının nizam-intizamı, ortaq mətbəximiz, xüsusilə təhsilin çox ön planda olması və bizi sevgi ilə qucaqlamaları məni çox təsirləndirdi. Həmçinin onların sənətə və mədəniyyətə olan hörməti, qonaqpərvərliyi də yaddaşamda gözəl xatirə kimi qaldı.
- Azərbaycanlı qadınlar sizi zərifliyiniz, duruşunuz və ailə dəyərlərinə bağlılığınızla nümunə götürür. Onlara nə söyləmək istərdiniz?
- Biz eyni kökdən, eyni mədəniyyətdən bəslənən iki qardaş xalqıq. Bu səbəbdən könlümüzün dili ilə də bir-birimizi gözəl anlayırıq. Qadının zərifliyi, incəliyi yalnız xarici görünüşündə deyil, ürəyindəki mərhəmətdə, sözündəki incəlikdə, ailəsinə və dəyərlərinə sahib çıxmasında gizlidir.
- Əgər hər hansı bir gənc sizə “sənətdə iz qoymaq istəyirəm” desə, ona ilk nə məsləhətiniz nə olardı?

- Hər insan həyat yolunda arxasında bir iz qoymaq istəyər. Sənətdə iz qoymaq isə azad olmaqla, öz dili ilə əsər yaratmaqla, öz hekayəsini danışmaqla mümkündür.
- Son olaraq, Azərbaycanlı tamaşaçılarınıza nə demək istərsiniz?
- Sizi sevirəm. Qəlbim sizinlə bir döyünür, hər zaman Azərbaycana gəlmək, sizlərlə yenidən qucaqlaşmaq və söhbətləşmək istəyirəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri