Türkiyə ilə bağlı suala verdiyi cavab diqqət çəkdi Video
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin tanınmış aktrisası Özgü Namal Berlində iştirak etdiyi festivalın mətbuat konfransındakı suala verdiyi cavabla diqqət çəkib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa müxbirin “Əgər bu hekayəni Türkiyədə təqdim edə bilsəydiniz, performansınız fərqli olardımı?” sualına belə cavab verib:
“Düzəliş edilməlidir. Bu, Türkiyədə göstərilə və ya çəkilə bilməyən bir performans deyil. Əvvəlcə bunu aydınlaşdırmalıyıq. Türkiyədə çəkə bilmədiyimiz üçün burada çəkmədik, burada çəkilmək üçün seçilib”.
25 ildir aktrisalıq etdiyini bildirən Namal, “Bəlkə də dünya bizdən xəbərsizdir, amma dünya bizi izləmədiyi, bizdən xəbərdar olmadığı vaxtlarda belə, biz aktyorluğa çox vaxt və səy sərf edən insanlar idik” deyib.
Özgü Namalın bu cavabı sosial mediada müzakirə olunub. Bir çox izləyici, eyni zamanda müğənni Demet Akalın ona dəstək çıxıb.
Qeyd edək ki, bu il 67-ci Beynəlxalq Berlin Film Festivalında Fələstinə dəstək davam edir. İlker Çatakın rejissorluğu ilə Özgü Namal və Tansu Biçerin rol aldığı “Sarı Zərflər” filminin premyerası 76-cı Berlin Film Festivalının (Berlinale) əsas müsabiqə bölməsində baş tutub. “Qızıl Ayı” uğrunda mübarizə aparan filmin komandası nümayişdən əvvəl beynəlxalq mətbuatla görüşüb, elə sözügedən dialoq da həmin mətbuat konfransında baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 16 Fevral 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















