Türkiyə İran təyyarəsini müsadirə etdi
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstanbul hava limanında İranın “Kaspian Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi borca görə müsadirə edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Türkiyə məhkəməsinin qərarından sonra icra məmurları və polis uçuşa bir neçə dəqiqə qalmış təyyarəni saxlayaraq onun havaya qalxmasına mane olub.
Sərnişinlər və ekipaj isə təyyarədən çıxarılıb.
Qeyd edək ki, Türkiyənin yerüstü xidmətlər və aviasiya nəzarəti şirkəti olan “ACM Temsil Gözetim” (ACM Air Charter) “Kaspian Airlines”a qarşı 3 milyon avroluq borcun ödənilməməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.
Bu mövzuda digər xəbərlər:Türkiyə İran gərginliyinin PƏRDƏARXASI
09 Mart 2025 15:53
İran Türkiyə danışıqları oldu
09 May 2026 08:48
Qorxulu anlar: Türkiyə təyyarəsini ildırım vurdu FOTO
05 Aprel 2025 22:16
Türkiyə bu ölkəyə təyyarəsini göndərdi Rusiyaya qarşı
25 Sentyabr 2025 21:18
Türkiyə ABŞ İran danışıqlarını onlarla müzakirə etdi
13 İyun 2026 02:43
Baxış sayı:46
Bu xəbər 29 Sentyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















