Türkiyə İsrail prezidentinin tələbini rədd edib Hersoqun Bakıya gəlməməsinin səbəbi bəlli olub
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail prezidenti İsaak Hersoq Bakıya səfərinin gerçəkləşməməsinin səbəbi aydınlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrail prezidenti İsaak Hersoqun səfərinə qardaşı ölkənin cavabı mane olub.
Məlumatda deyilir ki, İsrail rəsmiləri Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransında (COP29) iştirak edəcək Hersoqun təyyarəsinin Türkiyə hava məkanından istifadəsi üçün rəsmi Ankara ilə təmasa keçiblər: "Rəsmi Ankara isə bu tələbə "yox" deyib".
"TRT Haber" bildirib ki, İsrail mətbuatında daha əvvəl isaak Hersoqun COP29-da iştirakının təhlükəsizliklə bağlı ləğv edildiyi xəbəri də yayılmışdı.
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Noyabr 2024 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















