Icma.az
close
up
RU
Türkiyə İsrail qarşıdurması hələ siyasi mərhələdədir ANALİTİK

Türkiyə İsrail qarşıdurması hələ siyasi mərhələdədir ANALİTİK

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elşad Həsənov: "Netanyahu Trampdan F-35 qərarına yenidən baxmağı xahiş edir"

Son dönəmlər Türkiyə və İsrail mətbuatında əsas müzakirələr tərəflərin bir-birinə qarşı səsləndirdiyi sərt ifadələr üzərində cəmlənib. İsrail hökumətinin Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş verən hadisələri, xüsusən də ermənilərin kütləvi qətlini "soyqırımı" kimi qəbul etməsi, tərəflər arasındakı gərginliyi pik həddə çatdırıb.

İsrailin Baş naziri Benyamin Netanyahu, Türkiyənin NATO üzvü olmasına baxmayaraq Kiprin yarısını işğal etdiyini iddia edib. Onun sözlərinə görə, Osmanlı imperiyasının 400 illik hakimiyyəti başa çatıb və hazırda qarşılarında daha güclü İsrail var. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə ona cavabında, İsrailin gözü dönmüş dəstə tərəfindən idarə olunduğunu, lazım gələrsə, onlara savaşla cavab verəcəklərini açıqlayıb. H.Fidan bildirib ki, İsrail yalnız Türkiyənin deyil, beynəlxalq birliyin probleminə çevrilib. Netanyahunun NATO sammitindən sonra ABŞ Prezidenti Donald Trampla apardığı telefon danışığı beynəlxalq aləmdə böyük rezonans doğurub. Baş nazir, F-35 qırıcılarının Türkiyəyə tədarük edilməsinə qarşı olduğunu vurğulayıb.

İsrailin milli təhlükəsizlik doktrinasında, Türkiyənin potensial təhdid kimi qiymətləndirilməsinə hansı geosiyasi amillər təsir edir?

Mövzu ilə bağlı politoloq Elşad Həsənov Sherg.az-a bildirib ki, Türkiyə İsrail münasibətləri hər zaman gərgin olub:

“Bunun təməl səbəbi, İsrailin Fələstin xalqının suverenliyini tanımaması və HƏMAS-İsrail qarşıdurması fonunda, mülki əhalinin hədəf alınmasıdır. Ərdoğan digər ölkə liderlərindən fərqli olaraq İsrailin işğalçı və cinayət xarakterli əməllərini açıq şəkildə tənqid edir. İsrail faktiki olaraq, müsəlman dövlətlərin ərazilərinə göz dikib. Onlar Yaxın Şərqi tamamilə ələ keçirib, Böyük İsrail dövləti yaratmağı hədəfləyir. İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıyaraq parlamentin təsdiqinə göndərməsi, Tel-Əviv və Ankara arasındakı diplomatik bağları tamamilə qopardı. Azərbaycanın təzyiqlərindən sonra bu təşəbbüs dayandırıldı. Buna baxmayaraq, İsrail və Türkiyə arasındakı gərginlik səngimək bilmir. Türkiyə müsəlman dövlətlərini bir-bir İsrailin caynağından qurtarmağa çalışır. Suriya ilə başlayan bu proses artıq İrana doğru istiqamət alır”.

Politoloqun sözlərinə görə, İsrailin aqressiv siyasəti yəhudiləri regiondan təcrid edəcək:

“Tel-Əviv nəinki özünün, hətta müttəfiqi ABŞ-nin belə imza atdığı beynəlxalq öhdəliklərə məhəl qoymur. Vaşinqton və İran arasında iyunun 18-də imzalanan bəyannamədən sonra, İsrail onun ilk maddəsini Livana zərbə endirməklə pozdu. Bununla yanaşı, İsrail ərazisində bir ABŞ vətəndaşı İrana casusluq etmək ittihamı ilə həbs olundu. ABŞ tarix boyu sözünə və vədinə əməl etməyən dövlətlərlə münasibələri dayandırıb. Türkiyə-ABŞ münasibətləri yaxşılaşdıqca, Tel-Əviv və Vaşinqton arasındakı əlaqələr pisləşəcək. İsraili dəstəkləyən ona arxa çıxan yeganə ölkə Amerikadır. Əgər onu da itirsələr, çox acınacaqlı vəziyyətə düşəcəklər. Netanyahunun Türkiyəni təhdid kimi görməsinin digər səbəbi isə NATO daxilində 2-ci ən böyük güc mərkəzinə çevrilməsi ilə bağlıdır. Tramp özü də Ankarada baş tutan NATO sammitinə, Ərdoğanın xaişi əsasında gəldiyini bildirdi. Artıq Ərdoğanın tək bir xaiş və sözü digər liderlər üçün qanuna çevrilib. Türkiyə və İsrail arasında yaşananlar hələ ki, siyasi qarşıdurma mərhələsindədir”. 

E.Həsənov qeyd edib ki, Trampın F35 qırıcılarını Türkiyəyə verəcəyinə dair fikirlər səsləndirməsi İsraili qorxuya salıb:

“Çünki F-35 düşmən radarlarını və təyyarələrini aşkar edib bu məlumatları digər F-16-lərə ötürə bilir. İsrail hökuməti, F-35 təyyarələri ilə güclənmiş Türkiyəni özünün regional işğalçılıq planları üçün böyük təhlükə olaraq görür. Ona görə də Netanyahu, Trampdan F-35-lərin Türkiyəyə verilməsi məsələsinə yenidən baxılmasını xaiş edir. Kipr və Yunanıstanı qızışdıran da İsraildir. Türkiyənin yerli müdafiə sənayesi 2026-cı ilə tarixi zirvəsinə çatıb. NATO-nun baş katibi Mark Rutte Türkiyədə 3000-dən artıq hərbi texnika hazırlayan şirkətlərin olduğunu açıqladı. 5-ci nəsil milli döyüş təyyarəsi olan "KAAN"ın uğurlu uçuşları, Türkiyəni dünyada bu texnologiyaya sahib olan barmaqla sayılacaq dövlətlərdən birinə çevirib. Yerli şirkətlər, hazırda reaktiv PUA layihələri üzərində çalışır. Bu aparatların mühərriklərinin ABŞ-dən tədarük edilməsi barədə də danışıqlar gedir. İsrail nə qədər cəhd etsə də, Trampı F-35 qırıcılarının Türkiyəyə verilməsi fikrindən daşındıra bilməyəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 İyul 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri