Türkiyə Lirəsi ardıcıl 4 cü gündür ucuzlaşır DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB
Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Dolları/Türkiyə Lirəsi (TL) (USD/TRY) məzənnəsi yeni tarixi zirvəyə yüksəlib. Marja.az xəbər verir ki, dollar 41,95 lirə səviyyəsini aşaraq 42 lirə həddinə yaxınlaşıb.
Marja xəbər verir ki, məzənnə ardıcıl dördüncü ticarət günüdür yüksəlişini davam etdirir və hazırda %0,25 artımla 41,95 səviyyəsində ticarət olunur.

Qlobal bazarlarda ABŞ-Çin gərginliyi və FED-in növbəti addımlarına dair gözləntilər izlənildiyi bir vaxtda, Türkiyədə isə Mərkəzi Bankının gələn həftə açıqlayacağı faiz qərarı diqqət mərkəzindədir.
ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılmasından 17 gün keçsə də, siyasi böhran dərinləşməkdə davam edir.
Bazarlarda Mərkəzi Bankının faiz endirimlərini daha yavaş templə davam etdirəcəyi proqnozlaşdırılır. Qurum sentyabr ayında keçirilən iclasda faizini 2,50 faiz bəndi azaldaraq 40,50%-ə endirmişdi.
Sentyabrda Türkiyədə inflyasiyanın gözləntiləri aşmasından sonra isə faiz endirimi gözləntiləri zəifləyib.
Baxış sayı:72
Bu xəbər 17 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















