Türkiyə mediası Qardaşlaşmış Qarabağ məktəbləri barədə yazdı
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Fransada təşkil edilən VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi Azərbaycanın şəhid ailələrindən olan uşaqlara və Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi” şagirdlərinə daha yaxın ünsiyyət və təmas qurmaq imkanı verib.
Bu barədə Türkiyənin aparıcı qəzetlərindən biri olan “Hürriyet”in avqustun 2-də dərc etdiyi məqalədə deyilir.
Məqalənin müəllifi Samir Aslan Fransanın Almaniya və İsveçrə ilə sərhədində yerləşən Kolmar şəhərindəki meşəlik ərazidə təşkil edilən Yay Düşərgəsinin əhəmiyyətindən bəhs edir.
Müəllif qeyd edir ki, Yay Düşərgəsinin proqramına Strasburq və Kolmar şəhərlərinə ekskursiyalar, həmçinin bilikləri artırmaq və komanda ruhunu gücləndirmək üçün mədəniyyət, idman və vətənpərvərlik mövzularında maarifləndirici panellər, intellektual oyunlar, tematik görüşlər daxil edilib.
Proqramı uğurla başa vuran məktəblilərə sertifikatlar təqdim olunub.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 03 Avqust 2026 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















