Türkiyə millisinin cüdoçusu qar uçqununun altında qalaraq həyatını itirib AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 21 dekabr, AZƏRTAC
Türkiyə millisinin cüdoçusu Əmrə Yazqan faciəvi şəkildə həyatını itirib.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən 18 yaşlı idmançı qar uçqununun altında qalıb.
Hadisə Türkiyə yığmasının Ərzurumda davam edən təlim-məşq toplanışı zamanı baş verib. İdmançılar Palantökən dağındakı yüksəkliyə dırmaşarkən qar uçqunu olub. Uçqunun altında qalan Ə.Yazqanı, bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində milli komandanın üç üzvü müxtəlif dərəcəli xəsarətlər alıblar.
Bu mövzuda digər xəbərlər:Daşkəsəndə 62 yaşlı kişi qumun altında qalaraq həyatını itirib
18 İyun 2025 22:10
Türkiyə millisinin sabiq futbolçusu reanimasiyaya yerləşdirilib AZƏRTAC
16 Noyabr 2024 18:46
Türkiyə millisinin daha bir futbolçusu zədələnib AZƏRTAC
14 Noyabr 2024 21:11
“Fənərbağça” Türkiyə millisinin üzvü ilə vidalaşır AZƏRTAC
21 Yanvar 2025 15:39
Azərbaycan millisinin üzvü Türkiyə klubundan ayrılıb AZƏRTAC
13 Yanvar 2025 17:00
Baxış sayı:128
Bu xəbər 21 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















