Icma.az
close
up
RU
Türkiyə və Rusiyanın gizli planı?

Türkiyə və Rusiyanın gizli planı?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarının dondurulmasından sonra Moskva ABŞ sanksiyalarını yayınmaq məqsədilə Türkiyədə “offşor dollar ehtiyatı” yaratmağa çalışıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, Rusiya və Türkiyə razılığa gəlib ki, o dövrdə sanksiyalar altında olmayan "Qazprombank" "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün təxminən 9 milyard dollar kredit ayırsın. 

Akkuyu AES-in inşasında iştirak edən "Rosatom" da sanksiyalar altında deyil. Bu vəsait Türkiyənin ən böyük dövlət bankı "Ziraat"ın hesabına köçürülməli və oradan da həmin bankda hesabı olan rus şirkətlərinə ötürülməli idi. Kreditin gizli şəkildə Rusiya Mərkəzi Bankı tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulurdu. "The Wall Street Journal" yazır ki, bu sxem ABŞ-dən pul giriş-çıxışına ehtiyacı aradan qaldıracaqdı:

“Türkiyə üçün bu sxem cazibədar idi, çünki ölkənin maliyyə sistemində dollar ehtiyatlarını artırmaq imkanı yaradırdı. Nəticədə Rusiya 5 milyard dollardan çox vəsaiti ABŞ bankları – “JPMorgan” və “Citigroup” vasitəsilə köçürməyə nail oldu. 2022-ci ilin yayında "Qazprombank" “Citi” bankı ilə "Ziraat" bankına 3 milyard dollar göndərib, “JPMorgan “vasitəsilə isə əlavə 2 milyard dollar köçüb. Lakin ABŞ Ədliyyə Nazirliyi “JPMorgan” ilə əlaqə saxlayaraq növbəti 2 milyard dollarlıq tranzaksiyanı bloklamağı tapşırıb və bu vəsaitlər dondurulub”. 

İddia olunur ki, 2024-cü ildə ABŞ prokurorları bu pulları müsadirə etmək üçün mülki iddia qaldırmağın yollarını araşdırmağa başlayıblar:

“Amma Ağ Ev narahat olub ki, bu addım ABŞ-Türkiyə münasibətlərini gərginləşdirə bilər. Xüsusilə, məhbus mübadiləsi, terrorizmlə mübarizə, Suriya və Qəzza münaqişəsinin həlli üzrə əməkdaşlıq təhlükə altına düşə bilərdi. Buna görə də Bayden administrasiyası müsadirə prosesini dayandırıb”. 

WSJ mənbələrinin bildirdiyinə görə, 2022-ci ilin fevralında Mərkəzi Bankın ehtiyatları dondurulduqdan sonra bankının rəhbəri Elvira Nabiullina və dövlət şirkətlərinə birbaşa Kreml tərəfindən bu pulları istifadəyə yönəltmək göstərişi verilib. Bundan əlavə, ABŞ bu sxemə Rusiya hökumətinin yüksək vəzifəli şəxslərinin cəlb olunduğundan şübhələnir. 

"Rosatom" bildirib ki, Akkuyu AES üçün ayrılan bütün vəsait layihənin maliyyələşdirilməsi, podratçılara ödənişlər və digər sosial-maliyyə öhdəlikləri üçün istifadə olunub. Rusiya Mərkəzi Bankı, "Qazprombank" və "Ziraat" bankının nümayəndələri isə məsələyə şərh verməkdən imtina ediblər. 

Xatırladaq ki, "Qazprombank" 2024-cü ilin noyabrında ABŞ-nin sanksiyalarına məruz qalıb. Bundan başqa, onun altı xarici törəmə şirkətinə də məhdudiyyətlər qoyulub. O vaxta qədər "Qazprombank" Rusiyadan qaz alan “qeyri-dost” ölkələr üçün əsas bank kimi fəaliyyət göstərirdi. 

“Bloomberg” yazır ki, Aİ ABŞ-yə "Qazprombank"ın sanksiyalarını yüngülləşdirməsi üçün təzyiq göstərir, lakin hələlik məhdudiyyətlər qüvvədə qalır. 

"Rosatom"a qarşı isə ABŞ-də hələ sanksiyalar tətbiq edilməyib. 

Səbinə Uğur 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri