Türkiyə ŞOKDA: kişi azərbaycanlı qadını öldürüb intihar etdi
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə azərbaycanlı qadın və yerli sakin olan kişinin meyitləri tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İğdır rayonunun Bağlar məhəlləsində qeydə alınıb.
Silah səslərini eşidən sakinlər bu barədə dərhal polisə xəbər veriblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları binanın 3-cü mərtəbəsində bir qadın və kişinin silahla vurulmuş meyitlərini aşkar edib.
Məlum olub ki, ölənlər azərbaycanlı Maisə Bayramova və Ali Mamakdır.
İlkin ehtimala görə, 37 yaşlı Ali Mamak əvvəlcə 40 yaşlı Maisə Bayramovanı öldürüb. Sonra həmin silahla özünə də atəş açaraq intihar edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Gənc oğlan qadını öldürüb intihar etdi
20 Avqust 2025 16:15
Küçədə qovaladığı qadını öldürüb intihar etdi
03 Noyabr 2025 18:50
Kiyevdə DƏHŞƏT: Azərbaycanlı kişi qadını və 14 yaşlı qızını öldürüb intihar etdi
11 Sentyabr 2025 22:00
Qısqanc kişi arvadını öldürüb intihar etdi
06 Yanvar 2025 16:32
Azərbayanlı qadın qayınatasını öldürdü TÜRKİYƏ ŞOKDA
16 İyun 2026 12:44
Baxış sayı:103
Bu xəbər 28 Aprel 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















