Türkiyə Superliqasının səviyyəsini hər kəsə göstərdik Okan Buruk
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Tottenhem"ə qalib gəldikləri matç (3:2) haqqında danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis Türkiyə futbolu adına vacib qələbə qazandıqlarını vurğulayıb:
"Futbolçularımla, "Qalatasaray" azarkeşləri ilə fəxr edirəm. Birlikdə rəqibə təzyiq göstərdik. Bu, Türkiyə futbolu tarixində bir komandanın İngiltərə klubuna qarşı göstərdiyi ən böyük təzyiq idi. İkinci hissədə 7-8 qol vura bilərdik. Yorğunluğumuz oldu. Mauro İkardi zədələndi. 4-cü qolu da vurmalı idik. Biz Türkiyə Superliqasının səviyyəsini göstərdik. Türkiyə futbolu çox vacib bir dəyərdir. Düşünürəm ki, "Tottenhem"lə oyun mənim "Qalatasaray"la keçirdiyim ən yaxşı matç idi".
Qeyd edək ki, "Qalatasaray" hazırda Avropa Liqasının turnir cədvəlində 10 xalla 3-cüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 08 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















