Türkiyə tərəfi ABŞ yə Azərbaycanla bağlı real faktları təqdim edir Mübariz Göyüşlü
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Azərbaycanla bağlı açıqlamaları maraqla qarşılanıb. O bildirib ki, Azərbaycana dair məsələlərdə mütəmadi olaraq Türkiyə rəsmilərindən məsləhətlər alır və bunu Ağ Evin xüsusi tapşırığı ilə həyata keçirir.
Redaktor.az-a açıqlama verən "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, bu normaldır və müsbət qiqymətləndirir:
"Burada mənfi və problemli bir məsələ görmürəm. Türkiyə ilə Azərbaycan qardaş dövlət, strateji müttəfiqdir. Azərbaycan həqiqətlərinin müdafiə olunmasında Türkiyədən bizə yaxın dövlət yoxdur. Biz bunu 44 günlük müharibədə də, digər çətin məqamlarımızda da görmüşük. Əgər Türkiyə ilə məsləhətləşirsə, Türkiyədən ona doğru, düzgün, real faktlar və məsələlər təqdim olunur".
Politoloqun sözlərinə görə, belə olduqda ABŞ Azərbaycanla bağlı dolğun informasiyalarla təmin olur:
"Artıq Amerika və onun rəsmiləri hansı qərarlar qəbul edirlərsə, bu, onların vicdanına buraxılacaq məsələdir. Amma mən inanıram ki, Türkiyə tərəfi Azərbaycanla bağlı, Azərbaycana dair məsələlərdə ədalətli və real faktları təqdim edir, həqiqətləri söyləyir. Düşünürəm ki, Türkiyə tərəfi üzərinə düşən addımları atır. Bugünkü mərhələlərə gəlməyimizdə təbii ki, doğru addımların atılmasının əhəmiyyəti var".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 01 Oktyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















