Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Ankara və Sofiya Türkiyə-Bolqarıstan sərhədində yeni keçid məntəqəsinin tikintisi ilə bağlı razılığa gəlib.
"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Sofiyada bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əlaqəlilik və nəqliyyat məsələləri Türkiyə-Bolqarıstan əməkdaşlığının əsas istiqamətidir.
"Bu sahələrdə infrastruktur təkcə ölkələrimiz üçün deyil, həm də Orta Dəhliz, regionumuz və Avropanın təchizat zəncirləri üçün kritik əhəmiyyət daşıyır. Bununla əlaqədar Avropanın ən işlək sərhəd keçid məntəqəsi olan Kapıkulenin şimalında yeni sərhəd məntəqəsinin tikintisinə dair ortaq qətiyyətimizi təsdiqləmişik. Biz həmçinin sərhəd məntəqələrimizin buraxılış qabiliyyətinin artırılması, eləcə də regional əlaqəliliyin gücləndirilməsinə töhfə verəcək avtomobil və dəmir yolu nəqliyyatı sahəsində layihələrin həyata keçirilməsi məsələlərinə dair fikir mübadiləsi aparmışıq", - Fidan bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 11 İyun 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















