Türkiyə və ŞKTC mediası Prezident İlham Əliyevin Ümumrusiya Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsini geniş işıqlandırıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Ankara, 19 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və Rusiyanın “RİA Novosti” agentliyinə verdiyi müsahibə Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, məqalə və reportajlarda Azərbaycan liderinin Türkiyə ilə hərbi-texniki sahədə əməkdaşlığa dair sözlərinə, eləcə də Ermənistanla sülh sazişinin imzalanması perspektivlərinə dair Azərbaycan rəhbərliyinin mövqeyinə xüsusi diqqət yetirilib.
Qardaş ölkələrin mediasının çoxmilyonlu auditoriyası Rusiya ilə NATO arasında münasibətlərdə gərginlik məsələsi üzrə Azərbaycan Prezidentinin mövqeyi barədə məlumatlandırılıb. Qeyd olunur ki, Prezident İlham Əliyev rəsmi Bakının Moskva ilə Qərb arasında yaranmış vəziyyətdə gərginliyin azaldılması üçün hansı töhfə verə biləcəyini bildirib.
Cənubi Qafqazda sülh və sabitliyə təhlükə yaradan qonşu Ermənistanın silahlandırılmasının yolverilməzliyi ilə bağlı Azərbaycan dövlət başçısının sözləri sitat gətirilir. Regionda sabitliyi pozmaq cəhdlərinin bir sıra ölkələrdən, xüsusən də Fransadan gəldiyi vurğulanır.
Qeyd olunur ki, Azərbaycan lideri respublikanın Ermənistanın işğalından azad edilmiş ərazilərinin bərpasının gedişatından də danışıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















