Türkiyə XİN humanitar yardım işçilərinin qorunmasına çağırıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İstanbul, 19 avqust, AZƏRTAC
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 2008-ci ildə elan edilən 19 Avqust – Ümumdünya Humanitar Yardım Günü münasibətilə bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə XİN bəyanatında BMT əməkdaşlarının və humanitar yardım işçilərinin qorunmasının, humanitar yardımların ehtiyacı olan insanlara sürətli, təhlükəsiz və maneəsiz şəkildə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, hazırda davam edən münaqişələrdə BMT tarixində xidməti vəzifəsini yerinə yetirərkən ən çox sayda humanitar yardım işçisi həyatını itirib və mövcud vəziyyət humanitar yardım işçilərinin, eləcə də mülki şəxslərin qorunması öhdəliyinin nə dərəcədə mühüm-həyati əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir.
“19 Avqust – Ümumdünya Humanitar Yardım Günü vəsiləsilə öz vəzifələrini yerinə yetirərkən həyatını itirən BMT əməkdaşlarını və humanitar yardım işçilərini minnətdarlıqla yad edirik. Köklü tariximizdən gələn güclü ənənələr və insanyönümlü xarici siyasət anlayışımız doğrultusunda, humanitar yardımların, başda Qəzza olmaqla, dünyanın müxtəlif bölgələrində ehtiyacı olan insanlara çatdırılması üçün qətiyyətlə çalışmağa davam edəcəyik”, - deyə bəyanatda qeyd olunub.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 Avqust 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















