Icma.az
close
up
RU
Türkiyədə azərbaycanlı alimin 70 illiyi qeyd olunur

Türkiyədə azərbaycanlı alimin 70 illiyi qeyd olunur

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstanbul, 25 aprel, AZƏRTAC

Aprelin 24–26-da Türkiyənin İstanbul şəhərində yerləşən Beykent Universitetində Onuncu Beynəlxalq Hesablama Riyaziyyatı və Mühəndislik Elmləri Konfransı (CMES-2026) keçirilir. Təşkilat komitəsinin qərarına əsasən, builki konfrans Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun şöbə müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Etibar Pənahlının 70 illik yubileyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, konfrans nəzəri və tətbiqi riyaziyyat, eləcə də mühəndislik elmləri sahəsində son nailiyyətlərin müzakirəsi üçün alim və mütəxəssislərə geniş akademik platform yaradır. Tədbirin əsas məqsədləri hesablama riyaziyyatı sahəsində çalışan tədqiqatçılar arasında əməkdaşlığın gücləndirilməsi, yeni elmi nəticələrin təqdim edilməsi və dəvət olunmuş məruzəçilərin təcrübələrinin paylaşılmasıdır.

Bir sıra nüfuzlu beynəlxalq qurumların birgə təşkilatçılığı ilə keçirilən konfransın fəxri heyətinə dünyanın aparıcı elm mərkəzlərindən tanınmış alimlər daxildir.

Tədbirdə CMES-in həmsədrləri – ENS Meknes (Mərakeş) nümayəndəsi Zakia Hammouch və Fırat Universitetinin fakültə dekanı Hasan Bulut, Koç Universitetindən Varga Kalantarov, Lincoln Universitetinin prezidenti Mikhail Brodsky, Azərbaycan Universitetinin prorektoru Yusif Qasımov, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Necibə Nəsibova, Qazaxıstan Respublikası Milli Mühəndislik Akademiyasının vitse-prezidenti Nurlan Temirbekov, Final Beynəlxalq Universitetinin rektoru Orhan Gemikonaklı, Kırklareli Universitetinin rektoru Rengin Ak, Beykent Universitetinin rektoru Volkan Öngel, Azərbaycan Neft və Sənaye Universitetinin tətbiqi riyaziyyat kafedrasının müdiri Araz Əliyev və Mahmut Ergüt çıxış ediblər.

Natiqlər professor Etibar Pənahlının elmi irsi və riyaziyyat elminə verdiyi töhfələr barədə fikirlərini bölüşüblər.

Qeyd olunub ki, CMES konfranslar silsiləsi bundan sonra da beynəlxalq elmi ictimaiyyəti bir araya gətirərək hesablama riyaziyyatı və mühəndislik elmlərinin inkişafına töhfə verməyi hədəfləyir.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri