Türkiyədə bir sıra universitetlərin tələbələri tətil elan ediblər Siyahı
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə bir neçə universitetdə tələbələr tətil elan ediblər.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, tələblərin bu qərarına səbəb son günlər ölkədə baş verən proseslər, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun diplomunun ləğv olunması və barəsində həbs qərarının verilməsidir.
Tələbələri tətil elan edən ali təhsil müəssisələri aşağıdakılardır:
ODTÜ;
Ankara Universiteti;
Bilkent Universiteti;
Ankara İldırım Bəyazid Universiteti;
İstanbul Universiteti;
Memar Sinan İncəsənət Universiteti;
Boğaziçi Universiteti;
Qalatasaray Universiteti;
Yıldız Teknik Universiteti;
İstanbul Teknik Universiteti;
Marmara Universiteti;
Yeditepe Universiteti;
Kadir Has Universiteti;
Başkent Universiteti;
Bursa Uludağ Universiteti;
Bahçeşehir Universiteti;
Ege Universiteti;
Dokuz Eylül Universiteti.
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Ötən gün – martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda gemişmiqyaslı etiraz aksiyaları keçirilir. Aksiyalarda tələbələr də aktiv iştirak edir.

Hansı universitetlərin rektoru yoxdur? Siyahı
30 Noyabr 2024 11:12
Azərbaycanın ən yaşlı tələbələri Siyahı
26 Avqust 2025 15:58
Türkiyədə insanlar hansı marka avtomobillərə üstünlük verir? Siyahı
19 İyul 2025 18:08
Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq Siyahı
27 Avqust 2025 13:02
Türkiyədə həkimlər tətil elan etdilər
04 Mart 2025 23:55

