Icma.az
close
up
RU
Türkiyədə, Dubayda Azərbaycandan iş adı ilə aldadılıb aparılan qadınlar istismar olunur ŞOK AÇIQLAMA

Türkiyədə, Dubayda Azərbaycandan iş adı ilə aldadılıb aparılan qadınlar istismar olunur ŞOK AÇIQLAMA

Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.

"Türkiyədə, Dubayda Azərbaycandan iş adı ilə aldadılıb aparılan qadınlar istismar olunur" - ŞOK AÇIQLAMA

Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda azərbaycanlı qadın öldürülüb.

Belə ki, Azərbaycan vətəndaşı 32 yaşlı Şəlalə Mirzəli Bahçivan küçəsində hərəkətdə olarkən keçmiş sevgilisi tərəfindən güllələnib. Xəstəxanaya çatdırılan qadın orada vəfat edib.
İnsidenti törətməkdə şübhəli bilinən 45 yaşlı Alaattin A. qaçsa da, polis tərəfindən saxlanılıb. Hadisə yerindən 6 giliz götürülüb.
Bildirilir ki, Şəlalə Mirzəli mağazada işləyirmiş. O, əvvəllər ailəli olub, daha sonra isə boşanaraq Alaattin ilə sevgi münasibəti yaşayıb. Hadisə o, dünən səhər saatlarında işə gedərkən baş verib.

Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görəsən Azərbaycanlıların, xüsusilə, qadınların xarici ölkələrdə yaşaması onların həyatları üçün təhlükəlidirmi?

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Sonxeber.az – a açıqlama verib:

"Təəssüf ki, son vaxtlar işsizlik və.s səbəblərdən xaricə gedən gənclərin, əsasən qadınların sayı artıb. Kişilərin xarici ölkələrə köçməsi elə də ciddi təhlükə yaratmır, nəinki qadınların. Bir çox qadınlar müxtəlif üsullarla həmin ölkələrdə cinsi istismara, təzyiqlərə məruz qalır. Bu hadisələr xarici ölkədə baş verdiyi üçün dövlətin də müdaxilə imkanı olmur. Yalnız hadisə baş verdikdən sonra hüquqi müstəvidə dövlət öz vətəndaşının hüquqlarını qorumaq üçün cinayətin araşdırılmasını tələb edə bilər. Buna görə də bir ölkənin vətəndaşları başqa ölkələrə axın etməməlidir. Əsasən də qadınlar iş və biznes adı ilə aldadılaraq xarici ölkələrə aparılır. Getdikdən sonra isə onların sənədləri əllərindən alınır, əxlaqsızlığa məcbur edilirlər, cinsi istismara məruz qalırlar. Bu problemin qarşısını almaq üçün dövlət ölkədə sosial rifahı gücləndirilməlidir. Elə bir şərait yaradılmalıdır ki, vətəndaşlarımız xarici ölkələrdə iş axtarmağa məcbur olmasın. Təhsil üçün, təcrübə qazanmaq, müxtəlif tədbirlərdə iştirak üçün xaricə getmək olar, lakin çarəsizlikdən və işsizlikdən pul qazanmaq üçün yox. Normal ölkələrdə xarici ölkələrə iş üçün getmirlər çünki həmin ölkələrin öz əmək bazarında bütün vətəndaşların işləməsi üçün normal şərait təmin olunur. Kütləvi şəkildə insanların başqa ölkələrə iş üçün getməsi halları isə ancaq sosial təminatı aşağı olan yoxsul ölkələrdə baş verir. SSRİ dağıldıqdan sonra Azərbaycandan xarici ölkələrə kütləvi axın başladı. Təbii ki, gedənlərin arasında belə cibayətlərə qurban gedənlər də az deyil. Xüsusilə qadınlarla bağlı çox ciddi problemlər var. Türkiyədə, Dubayda Azərbaycandan iş adı ilə aldadılıb aparılan qadınlar istismar olunur. Bu çox ciddi bir problemdir. Ona görə də bununla bağlı xüsusi bir siyasət, sosial yanaşma olmalıdır ki, Azərbaycan vətəndaşları xarici ölkələrdə hüquqsuz şəkildə, çətin şəraitdə işləməyə məcbur olmasınlar. Öz ölkələrində normal işlə təmin olunsunlar".
Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 21 Noyabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri