Türkiyədə GSM xətti vasitəsilə dələduzluq edən şəxslər saxlanılıb
Icma.az bildirir, Azertag portalına istinadən.
İstanbul, 24 aprel, Günel Karatepe, AZƏRTAC
Türkiyədə 450 min mobil telefon xətti (GSM) vasitəsilə dələduzluq edərək vətəndaşlara 1,2 milyard lirə dəyərində zərər vuran 139 şübhəli şəxs saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Qeyd edilib ki, bununla bağlı mərkəzi Antalya olmaqla Türkiyənin 13 vilayətində “informasiya sistemlərindən istifadə etməklə dələduzluq” və “əmlakın cinayət yolu ilə əldə edilməsi” maddələri üzrə əməliyyat keçirilib.
Faktla bağlı ölkə üzrə 45 min 663 dələduzluq hadisəsinin törədildiyi müəyyən edilib.
Əməliyyatlar nəticəsində çox sayda mobil telefon, GSM xətti, planşet, kompüter, proqram təminatı və şəbəkə avadanlıqları ələ keçirilib. Şübhəlilərə aid iki şirkət və həmin şirkətlərin bütün əmlakı müsadirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 Aprel 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















