Türkiyədə hərbi helikopter qəzaya uğrayıb Hərbçilər həlak olub, biri generaldır (FOTO, Yenilənib)
Icma.az, Mia.az saytına istinadən bildirir.
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İspartanın Keçiborlu rayon mərkəzində baş verib.
Bildirilib ki, iki hərbi helikopter havada toqquşub. Nəticədə onlardan biri yanacaqdoldurma məntəqəsinin yanına düşüb.
Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.
İlkin məlumata görə, 5 hərbçi həlak olub, yaralılar var
Digər helikopter isə salamat sahəyə enib.
***
Son məlumata görə, qəzada Isparta Quru Aviasiya Məktəbi komandiri briqada generalı İsa Baydilli və 5 əsgərimiz şəhid olub.
Firudin Səfərli
MİA.AZ


Türkiyədə hərbi helikopter qəzaya uğrayıb Hərbçilər həlak olub, biri generaldır (Yenilənib)
09 Dekabr 2024 14:31
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb Hərbçilər həlak olub
09 Dekabr 2024 13:22
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi ölüb YENİLƏNİB
09 Dekabr 2024 12:53

