Icma.az
close
up
RU
Türkiyədə il ərzində 1 milyon turist hava şarı ilə səyahət edib

Türkiyədə il ərzində 1 milyon turist hava şarı ilə səyahət edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 25 iyun, AZƏRTAC

Türkiyədə son bir il ərzində 1 milyon turist hava şarında uçmaq fürsətindən istifadə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ankarada Türkiyə Mülki Aviasiya Baş İdarəsinin (SHGM) nümayəndələri məlumat veriblər.

İdarənin məlumatına görə, təkcə ötən il ölkədə 43 283 hava şarı uçuşu həyata keçirilib.

Üstəlik, uçuşların coğrafiyası təkcə turistlər arasında populyar olan Kappadokiya bölgəsi (Nevşehir vilayəti) ilə məhdudlaşmır. Bu xidmətdən Pamukkale (Denizli vilayəti), Soğanlı (Kayseri vilayəti), İlhara vadisi (Aksaray vilayəti), Frig vadisi (Afyonkarahisar vilayəti) kimi yerlərdə də istifadə etmək olar. Anadolunun hava şarı uçuşlarının təşkil olunmağa başladığı son bölgə Antalyanın Aspendos bölgəsi olub. “Bu turizm xidmətinin populyarlığı getdikcə artır və bu, həmin sektorda şirkətlərin böyüməsinə səbəb olub . Eyni zamanda, işçilərin sayı bir il ərzində 8,5 faiz (654 nəfərdən 710 nəfərə qədər) artıb”, -deyə SHGM nümayəndələri bildiriblər. Onların sözlərinə görə, bu gün Türkiyədə hava şarları ilə uçuşları təşkil etmək üçün lisenziyası olan 67 şirkət fəaliyyət göstərir. Hava şarlarının sayı 434, pilotlarının sayı isə 682-dir.

Həmçinin ölkədə hava şarları pilotlarının hazırlanması üçün 6 təlim mərkəzi fəaliyyət göstərir.

Türkiyə turizm sektoru nümayəndələrinin proqnozlarına görə, 2030-cu ilə qədər hava şarı ilə uçuş xidmətindən istifadə edən turistlərin sayı 2 milyon nəfərə çatacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri