Icma.az
close
up
RU
Türkiyədə İmamoğlu Yavaş qarşıdurması başladı CHP sədrinin planı niyə iflasa uğradı?

Türkiyədə İmamoğlu Yavaş qarşıdurması başladı CHP sədrinin planı niyə iflasa uğradı?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir və öz daxilində prezidentliyə namizədlərlə bağlı müzakirələrə başlamağa qərar verib. Amma yerli mətbuat yazır ki, bu, olduqca problemli məsələdir, çünki partiyanın namizəd olmaq potensialı olan iki əsas siması - İstanbulun Bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara şəhərinin Bələdiyyə sədri Mansur Yavaşın prosesə yanaşmasında dərin fikir ayrılığı var. CHP sədri Özgür Özəl isə orta yol tapmağa cəhd etsə də, Mansur Yavaşın sərt təpkisi ilə üzləşib.

Bu günlərdə partiya lideri bələdiyyə sədrləri ilə üçlü görüş keçirərək CHP daxilində prezidentliyə namizədi müəyyən etmək üçün ilkin seçki keçirməyi təklif edib. Özəl hesab edir ki, seçim partiya üzvü olan 1.6 milyon nəfər arasında keçirilməli, daha sonra onun nəticələrinə uyğun olaraq rəqbilərdən biri geri çəkilməli, qalib namizədə dəstək verməlidir.

Media yazır ki, bu yarışda Özgür Özəl İmamoğlunu dəstəkləyir, amma Mansur Yavaş kimi Türkiyənin milliyətçi kəsimində böyük nüfuza malik olan siyasətçini incitmək, partiyadan uzaqlaşmasını istəmir. Amma orta yol da yoxdur. Çünki Yavaş üçlü görüşdə mövqeyini açıq şəkildə ortaya qoyub: “Mənim CHP-nin prezidentliyə namizəd olmaq yarışına qatılmaq fikrim yoxdur. Hazırda ilkin seçkilərə getmək yanlışdır, uyğun zaman deyil, bu iqtidarın işinə yarayacaq. İkincisi, əgər ilkin seçki keçirilərsə, bu, yalnız CHP üzvləri arasında olmamalıdır, prosesdə bütün vətəndaşlar iştirak etməlidirlər. Üçüncüsü, mən heç vaxt yedək namizəd olmayacağam”.

Müşahidəçilərin qənaətincə, Mansur Yavaşın bu mövqeyi əslinə CHP rəhbərliyinin onu prosesdən kənarlaşdırmaq niyyətinə qarşıdır. Əvvəla, Yavaş bilir ki, sol təmayüllü CHP-nin üvləri arasında onun prezidentliyə namizəd olmaq şansı yoxdur. Bu cameədə təbii səbəblərdən İmamoğlu daha çox səs ala bilər. Amma onun seçkilərə qatılması prokurorluğun qaldırdığı iddialardan dolayı yasaqlana bilər, bu zaman CHP Manur Yavaşı namizəd kimi göstərməyə məcburdur. Əslində Özgür Özəl-Əkrəm İmamoğlu və onları dəstəkləyən qrupların planı belədir. Beləliklə, Ankara bələdiyyəsinin sədri “mən əsla yedək namizəd olmaram” deməklə, CHP rəhbərliyinin planına qarşı dirəniş göstərir. M.Yavaş, “ilkin seçim olarsa, cehepelilər arasında yox, xalq arasında olsun” şərti də öz maraqlarını diqtə etmək baxımından əhəmiyyətlidir. Çünki o, bütün rəy sorğularında İmamoğlundan xeyli irəlidədir.

Beləliklə, CHP-nin erkən seçkilər planının elə partiya daxilindəki dərin fikir ayrılıqlarına görə baş tutması mümkün görünmür. Əksinə, bu müzakirələr müxalifət daxilində qruplaşmalara və ziddiyətlərə yol açıb. Qarşıdakı dövrdə bu ziddiyətlərin daha da kəskinləşəcəyi gözlənilir.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri