Türkiyədə məktəbə başlayan uşaqların valideynlərinə icazə veriləcək
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Milli Təhsil Nazirliyi övladı ibtidai məktəbə başlayacaq dövlət qulluqçularına 7-11 sentyabr tarixlərində gündə 3 saat inzibati məzuniyyət veriləcəyini açıqlayıb.
“Qafqazinfo” “NTV Haber”ə istinadən xəbər verir ki, qərar yeni dərs ilində valideynlərin uşaqların məktəbə adaptasiya prosesində daha fəal iştirakını təmin etmək məqsədilə qəbul edilib.
Nazirliyin dərc etdiyi “2026-2027-ci tədris ili üzrə iş və əməliyyatlar” haqqında təlimata əsasən, məktəbəqədər təhsil, 1-ci və 5-ci sinif şagirdləri üçün uyğunlaşma həftəsi 7-11 sentyabr 2026-cı il tarixlərində keçiriləcək.
Prezident Administrasiyasının dövlət qurumlarına ünvanladığı məktuba əsasən, dövlət qulluğunda çalışan valideynlərdən biri müraciət etdiyi təqdirdə, övladının dərslərinə uyğun olaraq gün ərzində 3 saatı keçməmək şərtilə icazəli sayılacaq.
Qeyd edək ki, valideynlərin prosesə inteqrasiyası yalnız uyğunlaşma həftəsi ilə məhdudlaşmayacaq, “Ailəmlə məktəb yolu” proqramı çərçivəsində ilboyu davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 28 Avqust 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















